GÜNDƏM
Milli Məclisin vəzifəli şəxsi ölüb
Milli Məclisin Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Məmmədzadə vəfat edib. araz.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun 64 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, A.Məmmədzadə uzun illərdir Milli Məclisdə çalışırdı. O, parlament Aparatında müxtəlif vəzifələrdə işləyib. Allah rəhmət eləsin!
Ətraflı »Laçında ayı KaMAZ-a hücum edərkən, hərbçilər yaralının köməyinə çatıblar
Laçında ayı KaMAZ sürücüsünə hücum edib. araz.az globalinfo-ya istinadən xəbər verir ki, bu təhlükəli hadisə Həkəri çayının sahilində baş verib. Yaxınlıqda olan hərbçilər səsi eşidərək, hadisə yerinə gəliblər və sürücünü bu təhlükədən xilas edə biliblər. O, ağır dərəcəli bədən xəsarətləri aldığı üçün, məcburiyyət səbəbindən lazımi müayinəyə üz tutub.
Ətraflı »Polis rəisi vəzifəsindən azad edilən deputatın oğlu Dövlət Xidmətinə yeni təyinat aldı
Deputat Aqil Abbasın oğlu vəzifəsindən azad edilib. araz.az-ın əldə etdiyi məlumata görə Aqil Abbasın oğlu, Tuncay Abbas DİN-in Binəqədi Rayon Polis idarəsinin 5-ci polis bölməsinin rəisi vəzifəsindən azad edilib. Tuncay Abbas fəaliyyətini DSX-da davam etdirəcək.
Ətraflı »Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünü keçirib. QSC-dən araz.az-a daxil olan məlumata görə, bu görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtın idarə edilməsi, iş və həyat balansı, emosional zəka, fors-major hallarda effektiv…
Ətraflı »Paşinyanın istefaya göndərdiyi güc strukturları rəhbərlərinin erməni mediası siyahısını yayıb
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin güc strukturlarında genişmiqyaslı kadr dəyişiklikləri həyata keçirib. araz.az “Hraparak” qəzetinə istinadla məlumat verir ki, Paşinyan Daxili İşlər naziri Vahe Kazaryanı, İstintaq Komitəsinin sədri Argişti Karamyanı və Dövlət Gəlirləri Komitəsinin (DGK) sədri Rustam Badasyanı vəzifələrindən azad edib. Bundan əlavə, Ermənistan mətbuatı ərazi idarəetmə və infrastruktur…
Ətraflı »“New Yorker” mağazalar şəbəkəsinin yaradıcısı vəfat edib
Alman milyarder və sahibkar, məşhur “New Yorker” geyim şəbəkəsinin qurucusu və rəhbəri Fridrix Knapp 73 yaşında vəfat edib. araz.az bildirir ki, bu barədə “Tagesschau” portalı məlumat yayıb. “Bild” qəzetinin verdiyi məlumata görə, ictimaiyyət qarşısına nadir hallarda çıxan Knapp İsveçrədə uzunmüddətli müalicədən sonra ötən həftə getdiyi Zült adasında dünyasını dəyişib. Onun…
Ətraflı »“Bakıda tıxaclar ətraf mühiti çirkləndirir! Şəhəri yüngülləşdirmək lazımdır” — EKSPERT
Ekoloji çirklənmənin başlıca səbəblərindən biri də nəqliyyat vasitələridir. Maşınların çox olması sıxlıqlara səbəb olur. Nəticədə avtomobillərin buraxdığı zəhərli qazlar nəinki havanı, eləcə də canlılara ciddi ziyan vurur. Bəs, tıxacın iqlim dəyişikliyinə hansı təsirləri ola bilər? araz.az bildirir ki, mövzu ilə bağlı…
Ətraflı »Bakı Apellyasiya Məhkəməsi hakimlərinin cəzalandırılması tələb olunub
Bakı Apellyasiya Məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə külli miqdarda dələduzluğa görə həbsdə olan Qədim Ədilovun məhkəmə zalından azadlığa buraxılması zərərçəkənlərin kəskin etirazına səbəb olub. araz.az bildirir ki, Azərbaycan vətədaşları olan 17 nəfər zərərçəkən ölkə rəhbərliyinə, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin sədri İnam Kərimova, Prezidentin köməkçisi Fuad Ələsgərova,…
Ətraflı »“Cənab Prezident Fransa və Niderland kimi ölkələrin COP29-u boykota çağırışının əsas səbəbini dünyaya elan etdi” — ƏZİZ ƏLƏKBƏRLİ
Bu gün dünyanı narahat edən ən mühüm problemlərdən biri planetimizdə baş verən iqlim dəyişmələri və onların fəsadlarıdır. Qəbul edilən fikir odur ki, istixana qazları qlobal istiləşmənin əsas səbəbidir. Atmosferdə baş verən dəyişikliklər insanın təsiri olmazsa, heç bir təhlükə yaratmır. Təhlükəli…
Ətraflı »Mədət Quliyevin oğlu Murad Qulubəyli vəzifəsindən azad edilib
Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli hüquq-mühafizə orqanlarındakı xidmətindən azad edilib. araz.az bu barədə “Yeni Sabah”-a istinadən xəbər verir. Xəbərə görə, polis mayoru rütbəsində olan Murad Qulubəyli işdən azad edilməsi üçün, qurum rəhbərliyinə özü raport yazıb. Qeyd edək ki, Murad Qulubəylinin hazırda hansı dövlət…
Ətraflı »