soyqu11 696x4356“Sergey Şoyqunun “Rusiya Ermənistana hərbi yük daşımayıb, inşaat texnikası göndərib” açıqlaması 1962-ci ildə baş verən olayda Kremlin bənzər “izahına” bənzəyir.

Deməli ABŞ kəşfiyyatı 1962-ci ilin oktyabr ayında müəyyənləşdirir ki, SSRİ Kubada nüvə başlığı daşıya bilən raketlər yerləşdirməyə başlayıb. ABŞ-ın prezidenti Con Kennedi məsələni aydınlaşdırmaq üçün SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonu Ağ Evdə danışıqlara dəvət edir”.

Sozcu.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu deyib:

“Kennedi məlum yüklər barədə soruşduqda Qromıkonun cavabı eyni ilə Sergey Şoyqunun cavabına bənzəyir: “Biz Kubaya sadəcə müdafiə məqsədli silahlar göndərmişik”. Kennedi Qromıkonu qapıdan yola saldıqdan sonra əsəbi şəkildə “əclaf üzümə yalan söylədi” ifadəsini işlətdi. Qromıko həqiqətən yalan danışırdı. Tarxə “Karib böhranı” kimi düşən hadisə SSRİ-nin Kubada uzaq və orta mənzilli raketlərin yerləşdirilməsiylə əlaqəli idi. Göründüyü kimi, yalnız adlar dəyişir, o zaman SSRİ idi, indi Rusiya, o zaman Qromıko yalan danışırdı, indi isə Şoyqu, Kremlin siyasəti yerində qalır…”

 

 

araz.az

araz.az xəbər portalı.