131985776 4181528591864057 8839641738691664640 n 600x400

Bu gün Akif müəllimin doğum günüdür, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Akif Rüstəmovun. Bizim sevimli müəllimimiz tələbələrin dostu, qardaşı, sirdaşıydı.

Hər hansı dərdin, problemin varsa, düşünmədən qapısını aça bilərdin, hələ mobil telefon olmayan vaxt təcili nəsə zəng etməliydinsə, dekanın — Akif müəllimin kabinetinə gedə bilərdin. Bəzi kafedra müdirləri özünü dartsa da, tələbəyə yuxarıdan aşağı baxsa da, dekan bütün bunlardan uzaqdı, tələbə o kabinetdə dekanla üzbəüz oturub söhbətləşə, mübahisə edə bilərdi. Akif müəllim belədir.

Mitinqlərə, piketlərə gedirdik, dərs buraxırdıq, başqa fakültələrdə dekanlar kommunist rektorun qorxusundan tələbələri buna görə cəzalandırsa da, bizdə fərqliydi, həmişə dəstəyini görürdük, “ev bizim, sirr bizim” prinsipiylə qoruyurdu bizi.

Onun tələbələrlə belə münasibətini eşidən başqa fakültələrdəki dostlarımız bizə həsəd aparırdı, bir az da təəccüblə qarşılayırdılar bunu: dekanın otağına girib harasa zəng eləmək olar?.. Hər gün dərsə gedəndə gündəlik qəzetlərdən alırdım, dərs başlayana qədər bəzən Akif müəllimlə birgə vərəqləyirdik, müzakirə edirdik. Bizə o qədər sərbəstlik vermişdi, elə tələbə yoldaşımız kimiydi.

Hamımızın sonsuz sayğısı vardı və bu gün də o münasibət davam edir. Çox sağ olun, Akif müəllim, Tanrı sizə sağlıqlı ömür versin! Sizi çox sevirik.

Doğum gününüz mübarək!

Rövşən Hacıbəyli

1026-cı qrupun başqanı

P.S. Buraya facebook şərhlərini də əlavə edirik:

Elesger Ehmedoglu Təbrik edirəm Akif müəllimi. Böyük hörmətə layiq ziyalımızdır.

Zinet Raqimova Akif müəllim mənim də yadımda eyni yazdıqların kimi qalıb Rövşən. Çox səmimi, qayğıkeş, xeyirxah və tələbə dostu idi. Allah sağlıqlı ömür versin.

Xaqani Adaboglu Rzaqulibey Təbrik edirəm.100 illiyini qeyd edək.Böyük insan və gözəl insan! Fəxrlə «bizim müəllimimiz» dediyimiz kişi…

Shahveled Chobanoglu Əzizimiz, doğmamız, dostumuz və müəllimimiz. Yataqxanaya gəlib, «acmışam, gəlin bir şey yeyək» deyib, bizə süfrə təşkil edən dekan. Ömrü uzun olsun! Məni universitetdən qovacaqdılar, Rövşən, qaçıb çağırdın, hər şeyi yoluna qoydu…

Ilyas Babayev Akif müəllim,siz xoşbəxt adamsınız. Bu qədər dəyərli insanın sevimli müəllimi olmaq hər kişinin işi deyil. Haqqınızı halal edin. Doğum gününüz qutlu olsun!

Aygün Muradxanlı Akif müəllimə təbriklər, sevgilər, sayğılar. Allah ömür versin.

Agil Khalil Ən sevimli müəllimim, gözəl insan, hamının sevimlisi təbriklər! Sağlam ömür arzulayıram!

Elshan Qaniyev Bir sözə kişi kimi Kişi,adam kimi Adam. Gözəl insan. Təbrikə qoşuluram.

Ulviyya Asadzade Akif müəllim və Jurfak in digər müəllimləri orani təmiz tutmanızla tarix yazmısız. Sizi  sevirik!

araz.az xəbər portalı.