hokm f70ec57814ff6e821bc414e0820d7463 tk8jia69crfv5u2on71e 620x449

“Ölkənin siyasətini başa düşmək üçün gərək dəli olasan, ağlını itirəsən. Ağılla düşünüb başa düşmək olmur. Benzin qalxdı, çünki dünyanın pulunu qazanan SOCAR  dövlətdən dotasiya alır, AZAL dotasiya ilə yaşayır, amma milyardlarla dəyəri olan layihələr edir, yüz milyonlarla borc alır, xərcləyir. Milli Bank 450 milyona bir obyekt tikir, sadə işçilər də balaca əməkhaqlarından fondlara pul köçürürlər. Su da qalxdı. Xalq “bayram” edir. Yəqin gələn ay da qazın qiyməti qalxar. Arxasınca da elektriki qaldırın. Ya da elə ictimai-siyasi quruluşu dəyişib keçək ya quldarlıq, ya da feodalizmə. Məsələ birdəfəlik həll edilsin”.

araz.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, Azərbaycanda sosial xidmətlər Avropa qiymətidir: “Əməkhaqları, qazanc və güzəran isə azərbaycansayağı. Əlimizdən bir şey gəlmir, bir səsimiz var. Kimlərsə ölkəni xaosa sürükləmək istəyir. Çünki, bu templə qiymət bahalaşmasına heç Almaniya getməz”.

araz.az xəbər portalı.