bandicam 2021 02 03 14 05 51 144

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin 2 fevral Gənclər Günü ilə bağlı yazdığı məqaləsi Moldovanı aparıcı xəbər portalında dərc edilib. “Qalib dövlətin güclü gəncliyi – Azərbaycanın gənclər siyasəti” başlıqlı məqalə ölkəmizdə həyata keçirilən gənclər siyasətinin yaradılma tarixinə və bugünkü uğurlu inkişafına həsr edilib. Məqalə yerli KİV tərəfindən də işıqlandırılıb.

 
Həmin məqaləni təqdim edirik:
 Hər bir müstəqil dövlət üçün onun gənclərinin sağlam ruhlu və düşüncəli, savadlı, yüksək mənəvi tərbiyəyə malik olması önəmlidir.Müasir dünyamızda cəmiyyətin aparıcı qüvvəsi kimi səciyyələndirilən gənclik özündə həm də inkişaf və inteqrasiyanı birləşdirir və məhz bu keyfiyyətlər onlarla birlikdə addımlayır. Bu baxımdan  gənclik və onun gələcək təlim-tərbiyə modelinin sağlam təməllər üzərində qurulması hər bir cəmiyyəti düşündürən əsas məsələlərdən biridir.Hazırda Azərbaycanda da uğurlu gənclər siyasəti həyata keçirilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət- gənclər siyasəti nəticəsində indi Azərbaycan gəncliyi yüksək inkişaf mərhələsini yaşayır. Bu siyasətin prioritet istiqamətlərinə gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmini aiddir. İnformasiya cəmiyyətinin sürətlə formalaşdığı və qloballaşmanın vüsət aldığı müasir dövrümüzdə gəncliyin potensialından geniş istifadə olunmasına əlverişli şərait yaradılıb.  Azərbaycan gənclərinin bir şəxsiyyət, əsl azərbaycanlı kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Bu xidmətlərdən bir neçəsini sadalamaq yerinə düşər. Hələ 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc keçmiş SSRİ-nin Moskva, Sankt-Peterburq, Kiyev, Xarkov, Minsk kimi şəhərlərinin aparıcı ali məktəblərinə təhsil almağa göndərildi. On ildən sonra isə bu say 3500 nəfərə çatdı. Həmin gənclər daha sonra ali təhsilli mütəxəssis kimi ölkəmizdə müxtəlif sahələrdə bacarıqlı kadr kimi fəaliyyətə başladılar.İnkişafın əsas amilini gənclərin dövlət və cəmiyyətin bütün sahələrində iştirakında görən Heydər Əliyev bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin əsasını qoydu.  Daha sonra gənclərin ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə ümummilli lider tərəfindən 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. İlk Forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Dünya üzrə gənclər günü isə yalnız 3 il sonra-1999-cu ildə BMT-nin qərarı ilə elan edildi. Elə ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən danışarkən qeyd etdiyi sitatı xatırlamaq yerinə düşər: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.Gəncləri vətənpərvər, sağlam düşüncəli, savadlı görmək istəyən  ulu öndər Heydər Əliyev 1997-ci il fevralın 1-də 2 fevral – Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında Sərəncam imzaladı. Əminliklə deyə bilərik  ki, ulu öndərimizin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə bu gün gənclər siyasəti əsası qoyulmuş təməllərə söykənərək, eləcə də müasir dövrün tələblərinə və reallıqlarına uyğun şəkildə aparılır. Bunun nəticəsində dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə 2007-ci ilin “Gənclər İli” elan olunması da ölkəmizdə gənclər siyasətinin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir.Bundan sonra ardıcıl olaraq, “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin təhsili üzrə Dövlət Proqramı”, 2008-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəxri sədrliyi ilə keçirilən Gənclərin Məşğulluğu üzrə IV Dünya Sammiti, VI Beynəlxalq Elm Olimpiadası kimi önəmi tədbirlərin baş tutması gənclərə, xüsusilə, onların təhsil səviyyəsinin yüksəldilməsi yönündəki diqqətin nümunəsidir.Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci elm, mədəniyyət, idman, incəsənət və digər sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Başqa bir nüans “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunudur.  Bu Qanun ölkəmizdə bütün cəmiyyətin mənafeyi naminə gənclərin potensialından daha dolğun istifadə edilməsi üçün sosial-iqtisadi, siyasi-hüquqi, təşkilati şərait və təminatlar yaratmaq məqsədi daşıyır.Dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə artıq gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başlayıb. Məhz yaranan bu problemləri müasir dünya kontekstində həll edə bilmək üçün Azərbaycan gənclərinin öz fəaliyytələrində daim aktiv və yararlılıq prinsipini əsas götürməlidirlər. XXI əsrin müasir informasiya əsri olmasını nəzərə alsaq, gənclərin üzərinə daha böyük məsuliyyət düşdüyünü anlayarıq. Aydın məsələdir ki, informasiya əsrində istənilən informasiya olduqca sürətlə qəbul edilib emal olunur. Bununla yanaşı qloballaşan dünyada dolğun və operativ informasiya internet vasitəsilə böyük kütlələrə daha tez çatma imkanına malikdir. Təcrübə göstərir ki, digər mübarizə metodlarına nisbətən informasiya mübarizəsi nailiyyət əldə etmək üçün daha effektivdir.Buna misal olaraq, Azərbaycan gəncliyinin 44 günlük Vətən müharibəsi zamanı arxa cəbhə sayılan informasiya mübarizəsində də açıq üstünlüyünü və qalibiyyətini qeyd edə bilərik. Gənclərin əsl vətəndaş kimi həyata hazırlanmasında idman əhəmiyyətli rol oynayır. Deyə bilərik ki, Azərbaycan gəncliyinin idman həyatı hərtərəfli inkişaf edib və bu gün gənclərin idmana marağı heç vaxt olmadığı qədər güclüdür. Bunun nəticəsidir ki, hər il dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında gənclərin göstərdikləri nəticələr respublikamızın adını hər yanda ucaldır.XXI əsrin əvvəllərindən ölkəmizin yüksək neft gəlirləri ilə müşayiət olunan yeni bir dövrü başladı. Bu dövrdə Prezident İlham Əliyevin bəyan etdiyi “Neft kapitalının insan kapitalına çevrilməsi” prinsipi istiqamətində görülən tədbirlərin ən böyük təsiri də məhz gənclərə oldu. Bu zaman gənclərin qarşıya qoyulan məqsədləri gerçəkləşdirməsi üçün innovativ və geniş kütlənin maraqlarına cavab verən yeni addımlara ehtiyacı yarandı. Bu addımlardan biri də könüllülük prinsipi oldu.  Bu gün Azərbaycan gəncliyi ölkə həyatının bütün sahələrində həm də bir könüllüdür. Gənclərin könüllülük fəaliyyəti həm də bizim milli dəyərlərimizin, eyni zamanda, sülhsevən və ümumbəşəri dəyərlərə nə qədər bağlı olduğumuzun ifadəsidir.Ölkəmizin ev sahibliyi etdiyi bir sıra mötəbər tədbirlərə – “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, “Formula -1” və digər kütləvi idman tədbirlərinə on minlərlə könüllü cəlb olundu. Bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllü gənclər bazası formalaşdı. Heç şübhəsiz ki, qazanılmış uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu danılmazdır. Məhz ölkənin birinci xanımının əzmkar fəaliyyəti nəticəsində bu mötəbər tədbirlərdə on minlərlə gəncin könüllülük fəaliyyəti yüksək və professional səviyyədə təşkil edildi.Sadalanan bütün nümunələrdən də göründüyü kimi, dövlətin əsas prioritet məsələsi gənclərin inkişafı, onların cəmiyyətdə öz layiqli yerlərini tutmaları, layiqli vətəndaş kimi formalaşmasıdır. Azərbaycan gəncləri də öz növbəsində yaradılan səmərəli mühitdən maksimum faydalanmalı, dövlətin yürütdüyü gənclər siyasətindən istifadə etməklə həyatda özlərini təsdiq etməlidirlər. Unutmaq olmaz ki, Azərbaycanın gələcəyi, milli-mənəvi dəyərlərinin yaşadılması, mədəniyyətinin tanıdılması, elminin inkişafı və digər bütün müsbət dəyişiklikləri gənclərdən asılıdır. Bu məsuliyyətli vəzifədə bütün gənclərə uğur və möhkəm iradə arzu edirəm. Gənclər Günümüz mübarək, Azərbaycan gəncliyi!

 

Aydın TAĞIYEV,

 

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri                                                                 

                                                           ***

 СИЛЬНАЯ МОЛОДЕЖЬ ГОСУДАРСТВА-ПОБЕДИТЕЛЯ – МОЛОДЕЖНАЯ ПОЛИТИКА АЗЕРБАЙДЖАНА

 Для каждого независимого государства важно, чтобы его молодежь была сильная духом, здравомыслящей, грамотной, высоконравственной. Молодежь, характеризующаяся в нашем современном мире как движущая сила общества, также сочетает в себе развитие и интеграцию, и именно эти качества сопровождают ее. В этом смысле молодежь и построение модели ее дальнейшего воспитания на здоровой основе является одним из вопросов, беспокоящих каждое общество.В настоящее время в Азербайджане также проводится успешная молодежная политика. Благодаря государственной молодежной политике, основа которой заложена Великим Предводителем Гейдаром Алиевым, сегодня азербайджанская молодежь переживает этап высокого развития. К приоритетным направлениям этой политики относится обеспечение участия молодежи в социально-экономической, общественно-политической и культурной жизни государства и общества. В наше современное время, когда информационное общество стремительно формируется и глобализация приобретает широкий размах, созданы благоприятные условия для повсеместного использования потенциала молодежи. В формировании азербайджанской молодежи как личности, настоящего азербайджанца, общенациональный лидер Гейдар Алиев имеет бесценные заслуги. Считаю, что будет к месту перечислить несколько из этих заслуг. Еще в 1970 г. по инициативе Гейдара Алиева более 1500 молодых азербайджанцев были отправлены на учебу в ведущие вузы таких городов, как Москва, Санкт-Петербург, Киев, Харьков, Минск бывшего СССР. И уже через десять лет это число возросло до 3500 человек. Эти молодые люди впоследствии были задействованы в нашей стране в различных сферах в качестве специалистов с высшим образованием как способные кадры.Гейдар Алиев, считавший главным фактором развития участие молодежи во всех сферах государства и общества, с этой целью Указом Президента Азербайджанской Республики от 26 июля 1994 г. создал Министерство Молодежи и Спорта. Далее, с целью повышения участия и ответственности молодежи в дальнейшем развитии страны общенациональным лидером 2 февраля 1996 г. был проведен I Форум молодежи. Первый Форум сыграл важную роль в определении молодежной политики Азербайджане. А международный день молодежи был объявлен резолюцией ООН только через 3 года – в 1999 году. Здесь будет к месту вспомнить цитату из речи общенационального лидера Гейдара Алиева о молодежной политике: «Наша сегодняшняя мо­лодежь – здравомыслящая, патриотичная, любящая свой народ, нацию. Наша молодёжь должна отлично учиться, глубоко изучить жизнь, знать происходящие в мире процессы. Она должна действовать надлежащим образом, верно служа своему народу и государству».Отмечу, что 1 февраля 1997 г. великий предводитель Гейдар Алиев подписал Распоряжение об объявлении 2 февраля Днем Молодежи Азербайджана.С уверенностью можем сказать, что заданная нашим великим предводителем молодежная политика сегодня успешно продолжается Президентом Ильхамом Алиевым. Сегодня молодежная политика проводится под руководством главы страны, опираясь на заложенные основы, а также в соответствии с требованиями и реалиями современного периода. В результате этого государственная молодежная политика вступила в новый по своему существу и качеству этап. Объявление 2007 года «Годом Молодежи» соответствующим распоряжением Президента Азербайджана также свидетельствует о последовательном и системном характере молодежной политики нашей страны. В результате установления и выполнения правильной стратегии работы с молодежью сегодня азербайджанская молодежь достигает больших успехов в культуре, спорте, искусстве и других областях, ставит традиции государственности превыше всего, принимает близкое участие в осуществлении разносторонних государственных реформ.Не случайно, что еще 2007 год был объявлен соответствующим распоряжением Президента Азербайджана «Годом Молодежи». Это является свидетельством того, что молодежная политика в нашей стране имеет устойчивый и системный характер. Далее, принятие «Государственной Программы по обучению азербайджанской молодежи в 2007-2015 гг.», последовательное проведение таких значимых мероприятий, как IV Всемирный Саммит по Занятости Молодежи в 2008 г. под почетным председательством Первого вице-президента Азербайджана Мехрибан ханум Алиевой, VI Международная Научная Олимпиада, является показателем внимания, уделяемого молодежи, в частности, в области повышения их уровня образования.Еще одним нюансом, который я хотел бы отметить, является Закон Азербайджанской Республики «О молодежной политике». Данный закон имеет целью создавать в нашей стране социально-экономические, политико-правовые, организационные условия и гарантии для более полноценного использования потенциала молодежи во имя интересов всего общества.По мере смены общественно-политических событий, происходящих в мире, и в частности, в Азербайджане, начали меняться также проблемы, стоящие перед молодежью, и пути их решения. Думаю, что для решения этих возникающих проблем в контексте современного мира, молодежь Азербайджана должна всегда руководствоваться в своей деятельности принципом активности и полезности. Если учитывать, что XXI век является веком современной информации, то возлагаемая на молодежь ответственность возрастает в разы. Понятно, что в информационную эру любая информация принимается и обрабатывается чрезвычайно быстро. Наряду с этим, полноценная и оперативная информация в глобализирующемся мире способна быстрее дойти до широких масс через интернет. Практика показывает, что информационная борьба по сравнению с другими методами борьбы более эффективна для достижения успеха.В качестве примера можем отметить явное преимущество и способности азербайджанской молодежи в информационной борьбе, считающейся тыловым фронтом, в ходе 44-дневней Отечественной войны.В подготовке молодежи к жизни в качестве гражданина важную роль играет спорт. Можем сказать, что спортивная жизнь азербайджанской молодежи развита всесторонне, и сегодня интерес молодежи к спорту сильна как никогда. Благодаря этому, результаты, которые показывают молодые спортсмены на чемпионатах мира и Европы, олимпийских играх ежегодно, возвышают славу нашей республики повсеместно.С началом XXI века началась новая эпоха, сопровождающаяся высокими нефтяными доходами нашей страны. Меры, принятые в этот период по принципу «Преобразование нефтяного капитала в человеческий капитал», провозглашенному Президентом Ильхамом Алиевым, больше всего повлияли именно на молодежь. При этом возникла необходимость в инновационных и новых шагах, отвечающих интересам широких масс, для реализации целей, поставленных перед молодежью. Одним из шагов стал принцип добровольности. Сегодня молодежь Азербайджана также выступает в качестве волонтеров во всех сферах жизни страны. Волонтерская деятельность молодежи также является выражением того, насколько мы привержены как национальным, так и миротворческим и общечеловеческим ценностям.

К ряду престижных мероприятий, которые принимала наша страна, – конкурсу песни «Евровидение-2012», Первым Европейским играм 2015 года, IV Играм Исламской Солидарности 2017 года, «Формуле-1» и т.д. были привлечены десятки тысяч добровольцев. В результате этих мероприятий в Азербайджане сформировалась база опытных молодых волонтеров, обладающих большим потенциалом, достойная вывода на международную арену. Нет никаких сомнений, что в достигнутых успехах неопровержима роль Первого вице-президента Азербайджанской Республики Мехрибан ханум Алиевой. Именно благодаря усердной деятельности первой леди страны волонтерская деятельность десятков тысяч молодежи в этих престижных мероприятиях была организована на высоком и профессиональном уровне.

Как следует из всех перечисленных примеров, главным приоритетным вопросом для государства стало развитие молодежи, содействие в занятии заслуженного места в обществе, формировании как достойного гражданина.

А молодежь Азербайджана, в свою очередь, должна максимально воспользоваться создаваемой эффективной средой, утвердиться в жизни, пользуясь проводимой государством молодежной политикой. Нельзя забывать, что будущее Азербайджана, сохранение национально-нравственных ценностей, прославление его культуры, развитие науки и все другие положительные изменения зависят от молодежи. Желаю всем представителям молодежи успехов и сильной воли в этой ответственной задаче. С Днем Молодежи нас, молодежь Азербайджана!

 

Айдын ТАГИЕВ,

Заведующий сектором Научно-Методического Центра Повышения Квалификации Министерства Культуры

 

araz.az xəbər portalı.