“Son məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədən 32 nəfər sağ çıxıb”.
araz.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir:“Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır”.
araz.az AZAL-a istinadən xəbər verib ki, Bakı — Qroznı reysində adları aşağıda yazılan sərnişinlər olub:
1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar
“Azərbaycan Hava Yolları” QSC Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin də kimliyini açıqlayıb:
1. Kşnyakin İqor
2. Kalyaninov Aleksandr
3. Əliyeva Hökümə
4. Əsadov Zülfüqar
5. Rəhimli Aydan
Təyyarənin qəzaya uğraması nəticəsində 2 nəfər pilot da həlak olub.
Qazaxıstan rəsmi dairələri təyyarədəki sərnişinlərin 37-nin Azərbaycan, 16-nın Rusiya, qalanının isə Qırğısıstan və digər ölkələrin vətəndaşları olduğunu bildiriblər.
67 sərnişinin olduğu qəza ilə bağlı araşdırma gedir. İlkin məlumata görə, təyyarə duman səbəbi ilə Qroznoya gedə bilməyib. 28 nəfər xilas olunub.
Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib ki, 12 nəfər ağır yaralı xilas olunub, onlardan biri uşaqdır. 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.
Qazaxıstan mənbələri qəzanın videosunu yayıb. Videolardan görünür ki, qəza enişi zamanı təyyarə partlayıb. Bildirilib ki, qəzadan 6 sərnişin ağır yaralı dərhal qurtulub.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
Azərbaycan Prezidenti İlham Əliyevin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra, dövlət başçısı AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı müşavirə keçirib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edək ki, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
“Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir”.
araz.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı müşavirədə bildirilib.
“Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”, – dövlət başçısı deyib.
“Son xəbər budur ki, təyyarədə olanlardan 32 nəfər sağdır, onların müalicəsi aparılır”.
araz.az xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O, yekun rəqəm barədə hələlik məlumat olmadığını vurğulayıb.
Onu da qeyd edək ki, hadisəyə səbəb kimi, hava gəmisinin duman səbəbindən quş sürüsü ilə toqquşması da deyilir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
araz.az xəbər portalı.