bandicam 2021 02 03 20 47 28 020

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif Qafar oğlu Rəhimzadə “Şərəf” ordeni ilə təltif edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, fevralın 24-də Arif Rəhimzadənin 80 yaşı tamam olacaq. O, 1987-1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993-1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışıb. Azərbaycan SSR 11 və 12-ci çağırış Ali Sovetinin deputatı olub. Azərbaycan Respublikası I – III çağırış Milli Məclisinin deputatı seçilib. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olub. 2011-ci il noyabrın 7-də sonuncu dəfə 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilib

araz.az xəbər portalı.