GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Araz çayı sahillərində torpağın dağılmasının qarşısını almaq və turistik bölgə yaratmaq məqsədilə 250 hektara yaxın sahədə salınan meşənin 130 hektarı baxımsızlıqdan məhv olub. Meşənin qalan hissəsi isə acınacaqlı durumdadır.
Məsələ ilə bağlı Arazın Su Qurumunun müdiri Zakeri açıqlama verib.
Onun sözlərinə görə, meşənin məhv olmasının əsas səbəbi baş verən yanğınlar və ağacları şəxsi mənfəət üçün bir sıra şəxslər tərəfindən kəsilməsidir.
Məlumata görə, Arazın Su Qurumu ilə Makı Azad Ticarət Bölgəsi İdarəsi arasında 2018-ci ilin ayında bununla bağlı anlaşma imzalayıb. Anlaşmaya əsasən, meşəliyin 120 hektarının canlandırılması məsələsi Makı Azad Ticarət Bölgəsi İdarəsinə həvalə edilib. Ancaq idarə tərəfindən icra əməliyyatına hələ də başlanılmayıb. Zakeri meşəliyin Qərbi Azərbaycanda turizm sektorunun gəlişməsi baxımından önəminə diqqət çəkib.
araz.az
araz.az xəbər portalı.