Azərişıq ASC Ağdam rayonunun Mərzili kəndi ərazisində yerləşən Beynəlxalq Sülhməramlıların Monitorinq Mərkəzinin (1), eləcə də Tərtər rayonunun Suqovuşan kəndinin (2) elektrik enerjisi ilə təchizatı üçün elan etdiyi 2 açıq tenderə yekun vurub.
araz.az Turkustan.info-ya istinadən xəbər verir ki, tenderlərin qalibi Everest Tikinti MMC-dir.
Qalib şirkətə müvafiq olaraq 1,313 milyon manat və 4,568 milyon manat, ümumilikdə 5,881 milyon manat ödəniləcək.
araz.az
araz.az xəbər portalı.