Moskvada yaradılan”Qarabağ” futzal klubu fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
araz.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elnur Vəliyev bildirib.
O, bunun koronavirus pandemiyası iləolduğunu söyləyib:
“İnanıram ki, payızda çıxışımızı bərpa edəcəyik. Dostum Ramil Adıgözəlov da mini-futbol üzrə Moldova çempionatında çıxış edən “Qarabağ” adlı klub yaradıb.
Hətta onun dəvəti ilə bu komandada 1 oyun keçirmişəm. Belə çıxır ki, “Qarabağ” adlı 3 klubun (Bakı, Moskva və Kişinyovda) formasını geyinmişəm (gülür)”.\sportinfo.az/
araz.az xəbər portalı.