WhatsApp Image 2021 04 07 at 13.20.12

Tovuzdakı “Asan Xidmət”də yaşanan bir çox qeyri-qanuni addımlarla bağlı 08 fevral 2021-ci il tarixdə məqalə hazırladım və həm facebook səhifəmdə, həm də bir neçə xəbər portallarında yayımladım. Çox təəssüf hissi ilə qeyd edim ki, yayımladığım yazı əsasında nə “Azərişıq” ASC, nə də ki, Tovuz Rayon Elektrik Şəbəkəsi qeyd etdiklərim problemlərlə bağlı heç bir tədbir görmədi, heç bir reaksiya vermədi. Faktdır ki, bu gün də Şəbəkənin əməkdaşları vətəndaşları aldatmaqda və incitməkdə davam edirlər. Hər hansı problemi həll etmək üçün Tovuzda sakinləri aylarla süründürürlər ki, son anda onlar məcbur olub kimlərəsə rüşvət versinlər. Tovuz Rayon Elektrik Şəbəkəsinin əməkdaşları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əməl etmirlər, sakinlərə “divan tutmaq”da davam edirlər.

   Qeyd edim ki, 05 yanvar 2021-ci il tarixdə TOVUZDAKI “ASAN XİDMƏT” mərkəzınə müraciət etdim. Məqsədim Əhmədov T.V oğlunun adına çıxarış olan evə texniki şərt əldə etmək, həmçinin həmin ünvana sayğacın quraşdırılmasına nail olmaq idi. Xeyli müddət bundan əvvəl bu məqsədlə adı çəkilən quruma ərizə də təqdim etmişdim. Qeyd edim ki, kabelləşdirilmiş elektrik xətti və elektrik dirəyi həmin evin təqribən 2 metr aralı məsafəsində yerləşir. 05 yanvar 2021-ci il tarixdən bu günə kimi, yəni ötən üç ay ərzində bu məsələ ilə bağlı dörd dəfə TOVUZDAKI “ASAN XİDMƏT”ə müraçiət etmişəm. Faktdır ki, Tovuz Rayon Elektrik Şəbəkəsinin əməkdaşlarına rüşvət vermədiyim üçün, onlar müxtəlif bəhanələr danışıb vəzifələrini icra etmirlər, yaxud da icra etmək istəmirlər. 30 mart 2021-ci il tarixdə, yəni sonuncu dəfə TOVUZDAKI “ASAN XİDMƏT”də oldum və bu günə kimi heç bir tədbir görülmədiyi üçün, məhz qarşı tərəfə hədsiz narazılığımı və iradımı bildirdim. Əgər hər hansı bir çatışmazlıq varsa, yaxud da imtina verilirsə, o halda mənə rəsmi qaydada yazılı cavab verilməli idi. Bununla bağlı indiyə kimi heç bir cavab verilməyib. Bir qədər vaxt keçdikdən sonra mənə “ASAN XİDMƏT”dən təkrar bildirdilər ki, Tovuz Rayon Elektrik Şəbəkəsi “evin hasarı yoxdur” deyə imtina verir. Mən onlara fotoşəkil və video göstərib evin hasarı və 4 metr eni olan dəmir darvazasının olduğunu sübut etdim. Baş verənlərdən belə bir nəticəyə gəlmək olar ki, RÜŞVƏT verilməsə, deməli həmin evə sayğac quraşdırılmayacaq. Fotolardan da aydın görünür ki, elektrik dirəyi  Əhmədov.T.V oğluna məxsus evin təqribən 2 metr aralı məsafəsindən keçir.

Tovuz Rayon Elektrik Şəbəkəsi əməkdaşlarının ötən üç ay ərzində məni süründürmələri onu göstərir ki, mən son anda əlacsız qalıb onlara rüşvət verim. Ona görə də aidiyyatı dövlət qurumlarına təklif edirəm ki, TOVUZDAKI “ASAN XİDMƏT”mərkəzinin adını dəyişdirib “ÇƏTİN  XİDMƏT” mərkəzi qoysunlar. Bəlkə o halda dərdimizə çətinliklə də olsa əlac edildi.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/-8ZmGfD86zE'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Vaqif Əhmədov

 

araz.az xəbər portalı.