bandicam 2021 04 09 14 42 42 644

Videonun sonunda, AZƏRİŞIQ ASC-nin savadsız, etik qaydalardan xəbərsiz olan məmurunun səs yazısı verilmişdir. Özündən razı məmur vətəndaşlarla nə cür danışmaq nə cür rəftar edilməsini bilmir. Səs yazısını dinlədikdə şahidi olacaqsınız ki, bu məmur vətəndaşları dövlətə qarşı, Prezidentə qarşı qaldırmağa çalışır. Deyir ki, göstəriş vermişik 10 kv elektrik xəttinin yaxınlığında yerləşən bütün sayğaclar kimliyindən asılı olmayaraq hamısı söküləcək. Bu da o deməkdir ki, Azərbaycan Respublikasının 100 lərlə 1000 lərlə vətəndaşının sayğacları söküləcək və elektrik verilişi dayandırılacaq. Bu da AZƏRİŞIQ məmurunun dövlətə qarşı çıxışı.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/-8ZmGfD86zE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

05 yanvar 2021-ci ildə Tovuz ASANXİDMƏT mərkəzinə müraciət edərək Tovuz rayonu Qovlar şəhəri təzə məhlə deyilən ərazidə Əhmədov Tural Vaqif oğlunun adına çıxarışı olan,onun adına rəsmiləşdirilmiş evə elektrik sayğacı quraşdırılması və elektrik şəbəkəsinə qoşulması haqqda ərizə vermişdim.

05 yanvar 2021-ci il tarixdən 07 aprel 2021-ci il tarixə kimi ASANXİDMƏT-ə 3 dəfə ərizə vermişəm. Hər 3 müraciətə həmin yaşayış evinin hasarı olmadığı üçün imtina verilib.

07 aprel 2021-ci il tarixli 4-cü müraciətimə isə imtina verirlər ki, Əhmədov Tural Vaqif oğlunun həyətində 10 kv elektrik xətti mövcuddur.

3 ay ərzində əvvəlcə imtina verilir ki, evin hasarı yoxdur. Kütləvi İnformasiya Vasitələrində bu məsələni ictimailəşdirdikdən və dövlət qurumlarına müraciət etdikdən sonra Azərişıq ASC-i bu məsələni ört-bastır etmək üçün başqa bir bəhanə uyduraraq imtina vermişdir.

[bt_youtube url=”‘https://www.youtube.com/embed/X7ROx8jqDsE’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

Vaqif ƏHMƏDOV,

araz.az xəbər portalının xüsusi muxbiri.

araz.az xəbər portalı.