“Bu “iyrənc görüntülər” israillilərin nasist Almaniyası dövründə Avropa yəhudilərinin faciəsini “etik baxımdan deyil, yalnız təbliğat vasitəsi kimi” qəbul etdiklərini nümayiş etdirir…”
Tanınmış jurnalist və ictimai xadim Maksim Şevçenko Fələstinlə münasibətlərin bir daha kəskinləşməsi fonunda ərəblərə qarşı etnik təmizləmə aparan israillilərin hərəkətlərini kəskin şəkildə qınayıb.
Sozcu.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
Bir müddət əvvəl internetdə İsrail şəhərlərindən birində(çox güman ki, paytaxt Təl-Əvivdə) çəkilmiş video yayılıb. Kadrlarda bir çox israillinin bir fələstinli avtobus sürücüsünə qarşı vəhşicəsinə rəftarı əks olunub. Quldurlar müsəlmanın başına və bədəninin hər yerinə çoxsaylı zərbələr endiriblər. Adam asfalt üzərində qan içində qalıb – taleyi haqqında heç bir şey bilinmir.
“Barışsevər və demokratik sayılan yəhudilər fələstinli olması səbəbindən avtobus sürücüsü üzərində “linç” təşkil edirlər”- deyə Şevçenko hadisəni şərh edib.
Onun sözlərinə görə, bu “iyrənc görüntülər” israillilərin nasist Almaniyası dövründə Avropa yəhudilərinin faciəsini “etik baxımdan deyil, yalnız təbliğat vasitəsi kimi” qəbul etdiklərini nümayiş etdirir.
“Özlərinə isə (gördüyümüz kimi!) insanları yalnız “səhv inanc və qandan” olduqları üçün alçaltmaq, öldürmək və təqib etmək icazəsi verirlər”- deyə jurnalist vurğulayır.
araz.az xəbər portalı.