Mayın 18-i saat 21:00-da Beynəlxalq Muzeylər Günü münasibəti ilə, Azərbaycan Milli Xalça Muzeyində “Muzeylər gecəsi” keçiriləcək. Xalça Muzeyindən araz.az-a daxil olan məlumatda deyilir ki, ayrı-ayrı icmalarla daim əməkdaşlıq edən, qarşılıqlı əlaqələrin inkişafı, onların muzeyə cəlb olunması üçün çalışan Azərbaycan Milli Xalça Muzeyi auditoriyasını daha da genişləndirir.
Belə ki, bu dəfə muzeydə yeni fəaliyyətə başlayan rok, caz qrupları və ifaçıları maraqlı konsert proqramı ilə çıxış edəcəklər. Sənətdə yeni addımlarını atan istedadlı yaradıcı gənclərə dəstək olmaqla yanaşı, onların pərəstişkarlarının muzeylərə marağının artırılması məqsədilə, Azərbaycan Milli Xalça Muzeyi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən konsertdə “The Etude Band”, “Ayna Band”, “Diqqət”, “Caz Band” qrupları, həmçinin Milan, Mixail Altuxov, Joseph Abbas ifa edəcəklər. Həm əylənmək, həm də zövqlü musiqi dinləmək istəyirsinizsə, muzeyin facebook səhifəsindən canlı yayımlanacaq konserti izləməyi unutmayın!
Qeyd edək ki, 18 may Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədi ilə təsis olunub. Bu il Beynəlxalq Muzeylər Gününün devizi “Muzeylərin gələcəyi: Dirçəliş və yeni baxış” dır.
***
“Night of Museums”
The Azerbaijan National Carpet Museum (ANCM) will host an online concert coincided with the Night of Museums on May 18 at 21:00 as part of the International Museum Day. The ANCM, which constantly cooperates with various communities and works to attract them to the museum, is now expanding its audience even more.
The concert will be streamed online on the museum’s Fb page. The concert program includes performances by rock and jazz bands – The Etude Band, Ayna Band, Diqqət, Caz Band, as well as performers Milan, Mikhail Altukhov, Joseph Abbas. Organizers: Azerbaijan National Carpet Museum and International Mugham Center.
SAVE THE DATE and join us on Tuesday to celebrate International Museum day together!
It should be noted that International Museum Day is celebrated worldwide every year on 18 May. This holiday organized at the initiative of the ICOM since 1977 is aimed to promote cultural exchange and cooperation between peoples and celebrated each year following different themes. This year’s theme is “The Future of Museums: Recover and Reimagine”.
***
«Ночь музеев»
18 мая в 21:00 по случаю Международного Дня Музеев в Азербайджанском Национальном Музее Ковра состоится «Ночь музеев». Азербайджанский Национальный Музей Ковра, который постоянно сотрудничает с различными сообществами, развивает с ними взаимоотношения и работает над их привлечением в музей, сейчас еще больше расширяет свою аудиторию.
С интересной концертной программой в музее выступят начинающие джаз и рок-группы и исполнители. Помимо поддержки начинающих талантливых молодых творческих личностей, на концерте совместно организованным Азербайджанским Национальным Музеем Ковра и Международным Центром Мугама выступят The Etude Band, Ayna Band, Diqqet, Jazz Band, а также Милан, Михаил Алтухов и Joseph Аббас, чтобы заинтересовать своих поклонников музеями. Если вы хотите развлечься и послушать красивую музыку, смотрите прямую трансляцию концерта на странице нашего музея в Facebook!
18 мая, Международный День Музеев, был учрежден в 1977 году по инициативе Международного Совета Музеев (ИКОМ) с целью содействия культурному обмену и сотрудничеству между народами. Девиз Международного дня музеев в этом году — «Будущее музеев: Возрождение и новые перспективы».
araz.az xəbər portalı.
araz.az xəbər portalı.