bela677

Ryanair”ə məxsus təyyarənin Minskdə məcburi endirilməsindən sonra bir sıra Avropa ölkələri Belarusa uçuşların dayandırılması ilə bağlı qərar qəbul edib.

Almaniyanın “Lufthansa” aviaşirkəti öz hava gəmilərinin Belarusa uçuşlarını dayandırıb.

Böyük Britaniya isə Belarusun “Belavia” hava şirkətinin Krallıq ərazisinə uçuş lisenziyasını ləğv edib.

Ukrayna Prezidenti Vladimir Zelenski Belarusla aviaəlaqələrin dayandırılması ilə bağlı hökumətə qərar hazırlamağı tapşırıb.

Bundan əlavə, əksər Avropa ölkələri Belarusa uçuşların dayandırılması ilə bağlı Avropa İttifaqına müraciət edib.

Qeyd edək ki, Aİ Şurası təyyarənin məcburi endirilməsindən sonra saxlanılan “Nexta” ve “Belarus Golovnogo Mozga” teleqram kanallarının rəhbərləri Roman Protaseviçlə Sofiya Sapeqinin dərhal sərbəst buraxılmasını və onların hərəkət azadlığının təmin olunmasını tələb ediblər.

 

 

araz.az

araz.az xəbər portalı.