Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi həll edilməyib.
Bunu hərbi cinayətkar, hazırda Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışan Robert Köçəryan deyib.
O əlavə edib ki, sərhəd bir çox yerdə dəqiqləşdirilməlidir, bu, uzunmüddətli prosesdir:
“Uzun illərdir ki, Gürcüstanla sərhədlərin müəyyənləşdirilməsi ilə məşğuluq. Bu, olduqca problemli bir prosesdir, hər metr torpaq üçün danışıqlar aparılır. Ümumiyyətlə sərhədin bir hissəsi çox tez təyin olunur, lakin ətrafında uzun danışıqların aparıldığı mübahisəli ərazilər də var”.
Bununla belə hərbi cani Ermənistanın Azərbaycan qarşısında gücsüz olduğunu etiraf edib:
“Bu gün sərhəd nöqteyi-nəzərindən bizim vəziyyətimiz əlverişsizdir. Zəifləmiş vəziyyətdəyik və qarşı tərəf bizə təzyiq göstərmək qabiliyyətinə sahibdir. Bütün ümidlərimiz yalnız Rusiyayadır”.
araz.az
araz.az xəbər portalı.