siqaret

Rusiya Səhiyyə nazirinin müavini Oleq Salaqay öz “Telegram” kanalında tütün məhsullarından istifadədən imtina edən şəxslərin ağciyərlərinin yenidən bərpa edilməsinin müddəti haqqında yazıb.

araz.az xəbər verir ki, nazir müavini “Tütün məhsullarından istifadəyə son qoyulandan bir neçə on dəqiqə sonra artıq müsbət əlamətlər hiss olunur və orqanizmin işi normallaşmağa başlayır”,-deyə bildirib.

“Siqaretdən istifadəyə tamamilə son qoymaq ağciyərlərin güclü surətdə bərpasına səbəb olur.

“Müşahidələr onu göstərib ki, belə insanlarda bir il sonra ürək- damar xəstəlikləri riski 50 faiz azalır”,-deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, Rusiya hökuməti antitütün konsepsiyası çərçivəsində plan təsdiqləyib. Bu plana əsasən, tütün məhsullarına nəzarət möhkəmləndiriləcək.

 

 

araz.az xəbər portalı.   

araz.az xəbər portalı.