İcbari tibbi xidmət zərfinə bu bahalı əməliyyat da əlavə ediləcək.
“İcbari tibbi xidmətlər zərfinə daxil ediləcək əlavə 300 xidmətin içərisində qapalı ürək əməliyyatları da olacaq”.
araz.az Tibb.fed.az-a istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, ötən il ürək əməliyyatlarının bəziləri Tibbi Xidmətlər Zərfinə daxil deyildi. Müzakirəyə təqdim edilən yeni layihədə zərfə bu əməliyyatlar da əlavə edilib. Bu sırada qapalı ürək əməliyyatları, ürək qapağı əməliyyatları var: “Tibbi xidmətlərin hər birində həm cihaz təminatı, həm də xidmətin özü sığorta təminatındadır”. Qeyd edək ki, ürək qapağı əməliyyatı bahalı əmliyyatlardan hesab olunur və onun qiyməti 15 min manat civarındadır. Tibbi sığorta ilə ediləcək ürək əməliyyatı zaman qapaq da pasiyentə təqdim ediləcək.
Qeyd edək ki, indiyədək icbari tibbi sığorta xidməti zərfinə 2500 xidmət daxildir. Yaxın zamanlarda daha 300 xidmətin əlavə edilməsi gözlənilir.
İcbari tibbi sığortanın təminat verdiyi stasionar tibbi xidmətlərə əhali arasında ölüm və əlillik riski yüksək olan xəstəliklərin xəstəxanadaxili müalicəsi, eləcə də həyati vacib-dəyəri yüksək olan əməliyyatlar daxildir. Koxlear protez cihazının implantasiyası və ya dəyişdirilməsi, oynaqdaxili endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarında aparılan əməliyyatlar, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları və s. kimi 950 sayda cərrahi əməliyyat Xidmətlər Zərfi ilə qarşılanır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.