20191218 142831

Bu məsələnin gündəmdə saxlanması, hətta Paşinyana seçkiqabağı divident gətirir — gedişdən yaranan vəziyyət də bundan xəbər verir

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın “Oğlun Aşotu Azərbaycanda saxlanılan 20-25 erməni əsgərinə dəyiş” təklifinə razı olduğunu deyərək, onunla Robert Koçaryanı “sutenyor və insan alverçiləri” adlandırıb. Paşinyanın bu açıqlaması müxtəlif başlıqla tirajlanmaqda davam edir və hətta bu “təklif” onun öz təklifi kimi təqdim edilir. Seçki öncəsi Paşinyan komandası Serjin bu “təklifini” məharətcəsinə istifadə edərək, “Qarabağ klanına” qarşı, daha doğrusu, Rusiyanın namizədləri kimi tanınan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyananın özlərinə qarşı çevirə bilibilər. Üstəlik, Paşinyanın oğlu Aşot da bu məsələdə hazır olduğunu bildirərək, atasına əlavə dividentlər gətirir. Sözü gedən “təklifin”, Paşinyanın rəqibləri tərəfindən ona hədiyə kimi qiymətləndirmək olar. Erməni cəmiyyəti Paşinyanın Serjin “təklifinə” razılaşması ilə, Azərbaycanın həbs edərək, zərərsizləşdirdiyi erməni terrorçularının taleyi ilə bağlı mövqeyini göstərməklə, Baş nazir üçün bu terrorçuların məsələsinin bir nömrəli məsələ olduğu görünüşünü yaratmış oldu. Təbii ki, bu görünüş ancaq və ancaq Paşinyanın lehinə işləyən vəziyyət yaradıb.

Əvvəllər də qeyd etdiyim kimi, publik siyasətin ən azı üçdən çox sifəti var — birincisi, daxili auditoriyaya hesablanmış açıqlama, qarşı tərəf üçün acıqlama və beynəlxalq ictimaiyyət üçün açıqlama. Təbii ki, Paşinyanın Serjin təklifinə razılaşması və bu məsələnin erməni cəmiyyətində gündəmdə saxlanması seçki qabağı daxili auditoriya üçün nəzərdə tutulub. Sözsüz ki, Serj Sarkisyan Paşinyana belə “təklif” verəndə də, daxili auditoriyadan öz xeyrinə nəticələrə hesab götürmüşdü. Ancaq bu olmadı. Daha dəqiq desək, o, Paşinyanın onu öz “təklifi” ilə vurmaq imkanını görə bilməmişdi.

O ki, qaldı “təklif” məsələsinə və Paşinyanın bununla razılaşmasına, təbii, bu ictimai rəyin manipulyasiyası üçün publik siyasi gedişdən başqa bir şey deyil və real siyasətdən kənardır. Sözsüz ki, belə bir təklifin realizasiyasına inan ağıllı bir insan tapmaq çətin məsələdir. Hər bir sivil dövlət və cəmiyyətdə, beynəlxalq hüquq normalarına və hüquq elminin fundamental prinsiplərinə əsasən, hər kəs törətdiyi əmələ görə, şəxsən özü məsuliyyət daşıyır və kiminsə başqasının əvəzinə məsuliyyətə, cinayət təqibinə cəlb edilməsi əsla yolverilməzdir. Bu hal hüquq elminin ən prinsipial əsasına tam ziddiyyətlidir. Odur ki, Azərbaycan dövlət sərhədini pozaraq, faktiki terrorçuluq əmmələri törədən erməni hərbiçilərinin məsuliyyəti, həmin əməllərə sahib şəxslərin məsuliyyətlidir və həmin məsuliyyət kimliyindən, mənsubiyyətindən asılı olmayaraq, heç bir şəxs üzərinə ötürülə bilməz. Təbii ki, Paşinyan Serjin bu “təklifinə” razılaşaraq, məsələni gündəmdə saxlaması ona seçki qabağı divident gətirən “təklifin” mümkünsüzlüyünə tam əminliyidir. Başqa bir məqam da odur ki, siyasi-diplomatik baxımdan belə bir “təklifə” Azərbaycanın razılaşmasının və hətta bu “təklifin” müzakirəsi belə mümkünsüzlüyüdür.
Hər bir halda, bu “təklifin” səsləndirilməsi belə Azərbaycana qarşı müəyyən təsir vasitəsi kimi, erməni diversantları məsələsini beynəlxalq gündəmdə saxlamaq məqsədi daşıyır. Ancaq Azərbaycan hakimiyyəti də, erməni “siyasi əxlaq və mədəniyyətini” nəzərə alaraq, bu günlərdə Laçında əsir düşmüş erməni əsgərini geri qaytarmaqla, ölkəmizdə saxlanan erməni hərbçiləri ilə “hərbi əsir” və “diversant-terrorçu” kateqoriyalarına uyğun davrandığını həm erməni ictimaiyyətinə, həm də beynəlxalq ictimaiyyətə nümayiş etdirmiş oldu.

Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.

araz.az xəbər portalı.