eb968ff37de4cb7ff3d0f15f8fb5b058

 
Deutsche Bank” inflyasiyaya məhəl qoymamağın təhlükələri barədə xəbərdarlıq edib.
araz.az  BiznesMedia-ya istinadən  xəbər verir ki, bu barədə CNBC yazır.
“Məhz bu, önümüzdəki illərdə nəticələri olduqca dağıdıcı olan yeni böhrana gətirib çıxara bilər”, – deyə bankın baş iqtisadçısı Devid Folkerts-Landau bildirib.
Analitiklər hesab edirlər ki, hazırda iqtisadiyyat inflyasiya təhlükələrinə məhəl qoyulmadan stimullaşdırılır və bu da yanlış yanaşmadır. Onlar əmindirlər ki, inflyasiya sabit artım göstərməyənə qədər ABŞ Federal Ehtiyat Sisteminin (FRS) pul siyasətini sərtləşdirməkdən imtina etməsi ağır iqtisadi nəticələrə səbəb olacaq.
“Deutsche Bank”ın baş iqtisadçısı Devid Folkerts-Landaunun fikrincə, inflyasiya proseslərinə reaksiyanın gecikməsi böyük tənəzzülə gətirib bilər və bütün dünyada, xüsusilə də inkişaf etməkdə olan bazarlarda maliyyə problemi zəncirinə səbəb ola bilər.
ABŞ siyasətçiləri hesab edirlər ki, inflyasiyanın hazırkı artımı yalnız müvəqqəti xarakter daşıyır və o, tədarükdəki arakəsmələr və koronavirus pandemiyası səbəbindən yaranın böhranın nəticələrini aradan qaldırılan kimi azalacaq. “Deutsche Bank”ın analitikləri bu nöqteyi-nəzərlə razı deyillər və bildirirlər ki, iqtisadiyyatın aqressiv stimullaşdırılması inflyasiyaya səbəb olacaq və FED ona hazır olmayacaq.
Folkerts-Landaunun sözlərinə əsasən, inflyasiya bərpa olunacaq.
“Buna laqeyd yanaşmaq dünya iqtisadiyyatını “partlamaqda olan bomba” üzərində oturtmaq deməkdir. Nəticələr dağıdıcı ola bilər, əsasən də cəmiyyətin daha həssas təbəqəsi üçün”, – deyə iqtisadçı xəbərdarlıq edib.
 
 
araz.az xəbər portalı.

araz.az xəbər portalı.