Futbol üzrə Türkiyə millisi Bakıya gəlib. AVRO-2020-də mübarizə aparan ay-ulduzlular axşam saatlarında paytaxtımıza çatıb. “Ay-ulduzlular” qrupdakı son iki görüşünə Bakıda hazırlaşacaqlar.
A qrupunda qərarlaşan türkiyəlilər Romada İtaliyaya 0:3 hesabı ilə uduzduqdan sonra Azərbaycana səfər ediblər.
Bakı vaxtı ilə 14:00-da Romadan çıxan Şenol Günəşin komandası təxminən 5 saatlıq uçuşdan sonra küləklər şəhərinə enib. Qardaş ölkə təmsilçisi qrupdakı son iki görüşünə Bakıda hazırlaşacaq.
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Uelslə, 20-də İsveçrə ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.