Azərbaycanda bərbər və gözəllik salonlarının iş fəlaiyyəti ilə bağlı yeni qaydalar tətbiq ediləcək.
araz.az mia.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dari metodiki göstərişlərə əsasən, bərbər və gözəllik salonlarında işçilər iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.
Digər tələblər belədir:
– İş önlüyü: Bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir;
– Müştəri önlüyü: Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır;
– Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir;
– Kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipər, tibbi maska və əlcəkdən istifadəsi məcburidir;
– Dəsmalların istifadəsi: Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır;
– Təmiz ağların və dəsmalların xüsusi qapalı dolablarda, istifadə olunmuşların isə ayrı (səbətdə, polietilen torba) saxlanması;
– Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya və sterilizasiya edilməlidir;
– Birdəfəlik istifadə üçün nəzərdə tutulan ülgüc, deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir;
– Xidmət sahələrinin mütəmadi havalandırılması, dezinfeksiyaedici məhlulların tədbiqi ilə təmizlik işlərinin aparılması.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.