bandicam 2021 06 16 23 58 13 017

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beş il yarım müddətinə həbs cəzasına məhkum edilib.

araz.az oxuməni.az-a istinadən xəbər verir ki , müvafiq hökm hakim Vahe Misakyan tərəfindən verilib.

Məhkəmə bildirib ki, N.Sarkisyanın artıq bir müddətdir həbsdə olduğu nəzərə alınaraq, o, 3 il 6 ay həbsdə qalacaq.

Qeyd edək ki, N.Sarkisyana qarşı cinayət işi 2018-ci ildə açılıb və o axtarışa verilib.

Keçmiş prezidentin qardaşı oğlu qanunsuz silah saxlama, narkotik ticarəti və adam qaçırmaqda günahlandırılır.

2018-ci ilin dekabrında N.Sarkisyan Praqada tapılıb. Praqa məhkəməsi və Çexiya Ədliyyə Nazirliyi onu Ermənistana təhvil verməyə razı olub və 2019-cu ilin dekabrında o, Ermənistana ekstradisiya olunub.

N.Sarkisyan ona qarşı irəli sürülən ittihamlara görə özünü təqsirli bilib.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.