Bu ilin yanvar-may aylarında 57,2 min şəxsə sosial ödənişlərin, o cümlədən 12,6 min şəxsə pensiyaların, 44,6 min şəxsə müavinət və təqaüdün elektronqaydada təyinatı həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2019-cu ilin əvvəlindən Azərbaycanda pensiyaların, sonralar 24 növ müavinət və təqaüdün təyinatı avtomatlaşdırılıb. Bu proaktiv xidmətlər nəticəsində vətəndaşların hüquqları yaranan zaman hansısa quruma müraciət etmələrinə ehtiyac qalmadan, müvafiq sosial ödənişlər avtomatik olaraq, tam şəffaf şəraitdə onlara təyin olunur.
Ötən dövrdə ümumilikdə 183 min şəxsə həmin sosial təminat növləri üzrə ödənişlər e-qaydada təyin edilib. Onlardan 38,2 mini pensiya təyinatları olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.