aab97dffcd4bf41d0c7ad8d0b9d0125f

Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana Qayıdış Birliyi bəyanat yayıb.

araz.aza  verilən məlumata görə, bəyanatda bildirilir ki, qardaş Türkiyənin prezidenti sayın Tayyib Ərdoğan cənablarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfəri mühüm hadisədir: “Səfər çərçivəsində Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti arasında tarixi Şuşa Bəyannaməsi hər iki ölkə prezidentləri tərəfindən imzalandı.

Göyçə-Zəngəzur Respublikası və Qərbi Azərbaycana (Ermənistana)Qayıdış Birliyi olaraq hər iki ölkə prezidentləri tərəfindən imzalanmış tarixi Şuşa Bəyannaməsinin imzalanmasını alqışlayırıq! Bəyan edirik ki, qardaş Türkiyə, 1921-ci ildə imzalanmış Qars müqaviləsi ilə Naxçıvanın qarantı olduğu kimi, imzalanmış tarixi Şuşa bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu! Bununla Türkiyə dövləti ümumilikdə Azərbaycanın təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün qarantına çevrildi”.

Bildirilir ki, bu tarixi Bəyannamə beynəlxalq əlaqələr sistemində yeni bir səhifənin təməlidir: “Bu tarixi Bəyannamə Türkiyə-Azərbaycan birliyinin, gücünün tanınması, qəbul edilməsidir! Əminik ki, bu güc, bu birlik tarixi Qərbi Azərbaycan torpaqları olmuş, indiki Ermənistan ərazilərindən zaman-zaman qovulmuş, deportasiyalara məruz qalmış yüz minlərlə soydaşlarımızında ülvi arzularının tarixi yurdlarına Qayıdışlarının təmin olunmasına, pozulmuş hüquqlarının bərpasına öz töhfəsini verəcək. Şuşa bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi olmasının sübutudur”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.