tunaErmənistanda növbədənkənar parlament seçkilərinə bir gün qalıb. Ekspertlərin proqnozları müxtəlifdir. Amma yekdil fikir var: seçkilərdən sonra regiondakı vəziyyət dəyişəcək. Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, orada imzalanan bəyannamə və dünya ictimaiyyətinə çatdırılan mesajlar bunu deməyə əsas verir. Deməli, təkcə İrəvandakı seçkilərə yox, həm də Cənubi Qafqazın siyasi mənzərəsinin yenidən müəyyənləşməsinə sayılı günlər qalıb.

araz.az  Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın “Sherg.az” -a müsahibəsini təqdim edir:

– Ermənistandakı seçkilərin nəticələri barədə nə düşünürsünüz

– Əlbəttə, proqnoz vermək çətindir. Amma ictimai rəydə nüfuzu olan və yeni reallığı dərk edən liderin hakmiyyətə gəlməsini istəyirik. O, torpaq iddialarından, qondarma erməni soyqırımı mifindən əl çəkməlidir. Belə olsa, Azərbaycan və Türkiyə ilə də münasibətlər normallaşar. Bizim xalqlarla düşmənliyimiz yoxdur. Sadəcə erməni siyasətçilərinin ağıllarını başlarına yığması kifayətdir ki, regionda sülh olsun.

– Seçkilərdən sonra Ermənistanın xarici siyasəti necə dəyişəcək?

– Bu, qalib gələn liderdən asılıdır. Dövlət başçıları ölkəni inkişaf etdirir və ya, əksinə, uçuruma aparır. Hər halda Ermənistan 11 yanvar bəyanatının şərtlərinə əməl etməlidir. Həmçinin İrəvan xaricdəki lobbinin təsirindən xilas olmalıdır. Təəssüf ki, indiyədək bu dövlətin normal xarici siyasətini görməmişik: ya terror ölkəsi olub, ya da lobbinin təsirinə düşüb.

– “Şuşa bəyannaməsi”ndə də əksini tapan Zəngəzur dəhlizinin açılmasına dair fikirləriniz nədir?

– Bu, region üçün çox vacibdir. 10 noyabr razılaşmasında da yer alan proses nəticəsində Azərycanla Türkiyə coğrafi baxımdan yaxınlaşacaq, türk dünyası arasında əlaqələr möhkəmlənəcək. Dəhlizin gec-tez açılacağına inanıram. Dediyim kimi, bu, regionun inkişafına xidmət edir.

– Bəs “Altılıq platforması”nın yaradılması nə qədər realdır?

– Rusiya faktoruna görə Gürcüstanın müəyyən qədər tərəddüdləri var. Ancaq Türkiyə prezidenti Ərdoğan Gürcüstan XİN rəhbəri ilə görüşdə ona vəziyyəti izah etdi. Ermənistan da müəyyən qədər destruktiv mövqe sərgiləyir. Buna baxmayaraq, bilməlidir ki, “Altılıq platforması” ən çox onun özünə fayda gətirəcək.

– İki qardaş ölkə liderləri Şuşada olarkən Xankəndiyə qayıdacağımızla bağlı da mesaj verdilər…

– Əlbəttə, Xankəndi tarixi Azərbaycan torpaqlarıdır. Bu, onun adından da bəllidir. Oradakı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlərsə, öz ölkələrinə getsinlər. Hərçənd Azərbaycan vətəndaşı olmaq sosial rifah baxımından onlar üçün daha faydalıdır.

– Növbəti müharibə və ya anti-terror əməliyyatı gözlənilirmi?

– Savaşın başlanmasını istisna edirəm. Çünki Ermənistan ordusunun 80 faizi sıradan çıxıb. Xalq döyüşlərdən, itkilərdən bezib. İnsanlar üsyan edirlər. Lakin düşmənin hansısa təxribat cəhdinə adekvat cavab veriləcək.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.