sahibe33

Milli Məclisin sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan parlament nümayəndə heyətini Mərkəzin direktoru Gyorgi İnotay qarşılayıb.

O, Milli Məclisin sədrinə məlumat verib.

Mərkəzin kollektivi ilə söhbət edən Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə belə bir Mərkəzin yaradılması iki dost xalq arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir. O vurğulayıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond hər zaman xeyirxah və humanist təşəbbüsləri ilə nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda bir çox mühüm layihələr həyata keçirir. Fondun çoxşaxəli və xoşməramlı fəaliyyəti həmişə yüksək qiymətləndirilir.

Sonra Sahibə Qafarovanın rəhbərlik etdiyi parlament nümayəndə heyəti Mərkəzin fəaliyyəti ilə tanış olub, mərkəzdə reabilitasiya keçən uşaqlarla görüşüb. Milli Məclisin Sədri Mərkəzə xatirə hədiyyəsi təqdim edib.

 

araz.az xəbər portalı.

Sahibə Qafarova Macarıstanda Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib - <span class=

araz.az xəbər portalı.