Gürcütstanın Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya vəzifəsini tərk edib.
araz.az gununsesi.info-ya istinadən xəbər verir ki, o, bu barədə bəyanat yayıb.
T.Jvaniya səlahiyyət müddətinin iyulun 1-dən uzadılmamasına qərar verib.
Onun sözlərinə görə, bu, siyasi partiyalara yeni sədri yenilənmiş Seçki Məcəlləsinə uyğun olaraq seçməyə imkan verəcək.
Qeyd edək ki, T.Jvaniya MSK-ya 2013-cü ildən sədrlik edib. Ötənilki parlament seçkilərindən sonra onun istefa verməsi müxalifətin əsas tələblərindən biri olub.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.