Hafiz Hacıyev: “Hakimiyyətdə olan bəzi qüvvələr də bunlara dəstək verirlər”
44 günlük müharibədən sonra ölkədə xalq-dövlət birliyini sarsıtmağa yönəlik cəhdlərin olduğu iddia olunur. Siyasi partiyalar belə bir şəraitdə millətin gücünü sarsıtmağa çalışan qüvvələrə qaşı mübarizə aparmağı, iqtidar-müxalifət dialoqu çərçivəsində siyasi sabitliyin qorunmasını öz fəaliyyətlərinin mühüm bir hisssi hesab edirlər. Kimdir ölkədə narahatlıq yaratmaq istəyən qüvvələr və bütün bunlar nəyə yönəlikdir?
Bu və ya digər məsələlərlə bağlı Versus.az -a müsahibə verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev maraqlı nüanslara diqqət çəkib.
– Hafiz müəllim, bir çox siyasi partiyalar bu gün ölkədə sabitliyin pozulması üçün “5-ci kolon”un aktivləşməsini və ciddi cəhdlə birliyin pozulmasına çalışıldığını iddia edirlər. Necə hesab edirsiz, belə bir təhlükə hardan gəlir?
– Azərbaycanın 44 günlük qələbəsindən sonra “5-ci kolon”un başında Ramiz Mehdiyev durur. Azərbaycan məmurları çox ciddi şəkildə bu prosesə qoşulublar və müəyyən maliyyə gücü olan xaricdə və daxildə olan bəzi biznesmenləri, bəzi generalları da bu prosesə cəlb ediblər. Çalışırlar ki, ölkədəki vəziyyəti qarışdırıb dövlət çevirilişi etsinlər. Müəyyən biznesmenlər var ki, Mehdiyev onları Əli İnsanov, Əli Kərimli, bir qismini isə xariczdə maliyyəşdirilən telekanallara yönəldib. Bu yöndə çox ciddi ideoloji bir müharibə gedir. Azərbaycanda fəaliyyət göstərən ən NZS pivə zavodunu Əli İnsanovun maliyyələşdirilməsinə tapşırıblar. Salyan pivə zavadonu Kərimov Əlinin partiyasının digər qanadının maliyyələşdirilməsinə cəlb ediblər. Salyan Pivə zavodu deyir ki, Ramil Usubov mənim kirvəmdir, mənə heç bir şey edə bilməzlər. Vergilər biz dediyimiz faktları yoxlayırlar düz çıxır, sonra da gedib pullar alıb gəlirlər. Yəni çox sahələrdə dövlətin maraqları güdülmür. Əksinə, dövlət başçısına xəyanət etməkdən ötrü belə bir fəaliyyəti ortaya qoyublar. Burda da məqsəd öz qara işlərinin üstünü örtməkdir. Bilirlər ki, işin üstü açılsa, hamsı bəzi həbs edilən icra başçıları, nazirlər kimi tutulacaqlar. Ona görə də hamısı hakimiyyətə çeviriliş etməyə qərar veriblər. Bu istiqamətdə çox ciddi işlər gedir və hətta xaricdə oturan ermənilərlə də müəyyən separat danışıqlar aparırlar.
Artıq mütəmadi olaraq adını sülhməramlı qoyduğumuz işğalçı ordu Qarabağda ola-ola ermənilər Azərbaycanla sərhəddə sakitliyi pozurlar. Düşünürəm ki, Azərbaycan hakimiyyətində olan bəzi qüvvələr də bunlara dəstək verirlər. Bu dəstəklə də mən düşünürəm ki, bunlar müəyyən məsələlərə nail olublar. Hər halda ölkədə dövlətə qarşı narazılıq yaratmaq, hakimiyyətdə dəyişiklik etmək üçün baza hazırlanır. Biz hər gün qazilərdən, şəhid ailələrinin məmurlarala bağlı narazılığını eşidirik, görürük. Üstəlik müharibədə döyüşən əsgərlərimizə qarşı da biganə münasibətin sərgiləndiyi görünür. Məhkəmələrdə yol verilən qanunsuzluqlar və sair hamısı dövlətin əleyhinə istifadə olunmaq üçün düşünülərək edilir. Bu problemlərin altından çox məsələlər çıxacaq. Artıq sentiyabra doğru Azərbaycanda inqilab hazırlanır, bunun da başında duranlar Azərbaycan hakimiyyətinin içərisində olanlar, imkanlı biznesmenlər və o cümlədən Prezident Aparatında oturub özlərini mühüm hesab edən müəyyən şöbə müdirləridir. O şöbə müdirləridir ki, onlar hamısı Ramiz Mehdiyevi müdfiə edirlər.
– Müharibə zamanı dövlətin, ölkə başçısının yanında dayanan, böyük strateji layihələrə şahidlik edən xalq sizcə belə məkirli qrupların bu cür qara niyyətlərini həyata keçirməsinə imkan verər? İnqilabın olması nə dərəcədə inandırıcıdr?
– Hər şey ola bilər. Məsələn, Tunistə bütün məsələlər bir saata həll olundu. Digər tərəfdən, qeyd etdiyim kimi, bu gün bizim qürurla danışdığımız Vətən Müharibəsi iştirakçıları incidilir. Tərtərdə baş verən hadisələri artıq beynəlxalq aləmə çıxarıblar. Və artıq insanları cana doydurub milyonlarla insanı küçələrə çıxarsalar, biz nə edə bilərik. Hər halda, biz Müasir Müsavat Partiyası olaraq 30 ildir dövlətə, dövlət başçısına sadiqliyimizi bu gün də davam etdiririk. Çox təəssüflər olsun ki, bəzən etdiyimiz çıxışları bizim özümüzə qarşı istifadə edirlər. Ya danışmamalıyıq, ya da məhvə getməliyik. Danışmayanda bu, qara qüvvələrə xeyir olur. Arxayınlaşıb oturmağa da dəyməz. İnqilab elə bir prosesdir ki, birdən başlayır, tez də qurtarır. Biz bunun təcrübəsini görmüşük və bunun da başında Ramiz Mehdiyev durub, Moskva dayanıb. Bu gün Moskva Prezident İlham Əliyevin Türkiyəyə, Avropaya yaxınlaşmasını, Ərdoğanla qardaşlığını qəbul edə bilmir. Ona görə də biz arxayın otura bilmərik. Ölkəmizdə qeyri-sabit mühiti canlandırmaq üçün digər siyasi qüvvələri də ələ alıblar. Ən qorxulu məqam odur ki, bu gün milyardlar üzərindın iş quran biznesmenləri, fabrik, zavod rəhbərlərini bu işə qoşublar və gizli şəkildə fəaliyyət göstərirlər. Mən bunu deməyə məcburam.
– Belə bir situasiyanı düzgün dəyərləndirmək və vəziyyətdən zərərsiz çıxmaq üçün iqtidarla müxalifətin yenidən toplaşmasına ehtiyac varmı? Siyasi partiyaların fəaliyyətində nə kimi aktivlik var?
– Bu dialoqa hər dəqiqə, hər saat ehtiyac var. Mən çox istərdim ki, cənab Prezident bir gün özü partiya sədrlərini qəbul eləsin, böyük bir zalda toplaşıb ölkədəki vəziyyəti müzakirə edək. Biz heç nədən sığortalanmamışıq. Bizim 44 günlük qələbəmizi qəbul etməyən xain qüvvələr var. Azərbaycanda dövlətə qarşı antipatiya yaradılır. Amma partiya olaraq hər an, hər dəqiqə, havaların isti keçməsinə baxmayaraq insanlar arasındayıq, insanlarla işləyirik və neqativlərin üzə çıxmasına çalışırıq. Amma müəyyən aidiyyatı orqanlar rüşvət verərək öz nöqsanlarını gizlədirlər. Bizi də narahat edən budur. Belə qüvvələr rüşvətlə, korrupsiya ilə dövlətin evini yıxacaqlar. Biz narahatıq. Lokal narazılıqlar elə-belə olan şeylər deyil. Hər halda, hökumətdə olanlar düşünməlidir. Hökumətdə oturanların “5-ci kolon” rəhbərinə işlədiyini nəzərə alsaq, vəziyyət heç də sadə görünmür. Təbibdə 60 milyon yeyinti aşkarlandı. Toylara verilən icazə metodu hamısı korrupsiyaya, rüşvətə yol açır. Bunlar Vətəni şəxsi dostluğa və pula qurban verirlər.
Siyasi partiyalarda da işlər gedir. Məsələn, elə qazilər var ki, elə müharibə iştirakçıları var ki, qalıblar qıraqda, müharibədə iştirak etməyənə orden veriblər. Bunlar hamısı xalqı narazı salmaqdır. Partiyalar əlatdan kimə nə cür xeyirdir, o cür işlər aparırlar. Partiyalar heç də sakit oturmayıb. Amma hakimiyyətdə olanlar qu tükündən olan yastığı başlarının aıltına qoyub yatıblar. Görmürlərsə, biz deyirik. Bizi eşitmək istəmirlərsə, deyir daldan atılan daş topuğa dəyər. Ona görə də Azərbaycanda bugünkü vəziyyət xoşagələn deyil.
– Hafiz müəllim, nazirliklərdə, komitələrdə İctimai Şuralar yarandı, onların bu prosesdə rolu nə ola bilər?
– İctimai şuralar mənasız bir şeydir. Özlərinə münasib adamları aparıb seçirlər. Orda kim nə deyəcək. Əliməmməd Nuriyev nə deycək? O, Kərimov Əlinin bacanağıdır. Hakimiyyətə işləyir, əl atdan da Ramiz Mehdiyevdən pul alıb Kərimov Əlini maliyyələşdirirdi. Bunlar nə iş görəcəkər. DİN-də hansı döyülən insanın hüquqarını müdafiə edəcəklər. Bunlar hamısı gözdən kül üfürməyə yönəlmiş şeylərdir.
G.NƏCƏFLİ
araz.az xəbər portalı.