Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru, əməkdar jurnalist Ağahüseyn Hüseynovun 80 illik yubileyinə həsr olunmuş toplantı təşkil olunub.
Mətbuat Şurasından araz.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, rəhbərlik etdiyi qurum ömrünü-gününü jurnalistikaya həsr etmiş qələm adamları ilə bağlı tədbirləri ənənəyə çevirib. Bu, həm onların həyat yolunun gənc nəslə çatdırılması, həm də bu adamların əməyinə dəyər baxımından son dərəcə önəmlidir.
“Əməyinə, şərəfli ömür yoluna qiymət verilməsi mütləq olan həmkarlarımızdan biri də ömrünün 80-ci ilinə qədəm qoymuş respublikanın əməkdar jurnalisti, “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynovdur. Ağahüseyn müəllim sözün əsl mənasında peşə fədaisidir. O, həm ziyalıdır, publisistdir, həm də qəzet işinin mahir bilicisidir. Ən əsası isə Ağahüseyn müəllim jurnalistikaya misilsiz sədaqəti ilə nümunədir. Onun jurnalist fəaliyyəti, xüsusən də ustad Nəsir İmanquliyevin təməlini qoyduğu “Bakı” və “Baku” qəzetlərindəki əməyi bunu deməyə əsas verir. Ağa müəllimi təbrik edir, ən xoş arzularımı bildirirəm”, – deyən Ə.Amaşov Ağahseyn Hüseynovu Azərbaycan Mətbuat Şurasının diplomu ilə təltif edib.
Toplantıda çıxış edən edən Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktor müavini Dağbəyi İsmayılov yubilyarla “Bakı”-“Baku” qəzetində birgə çalışdığı illərdəki xatirələri yada salıb. O, A.Hüseynovun çox çətin dövrdə adı çəkilən mətbuat orqanlarına rəhbərlik etməyə başladığını, bunun son dərəcə böyük məsuliyyət olduğunu xatırladıb. D.İsmayılov eyni zamanda A.Hüseynovu işinin peşəkarı kimi xarakterizə edən məqamlardan söz açıb.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, veteran jurnalist Məzahir Süleymanzadə A.Hüseynovu milli mətbuat tariximizdə layiqli yerə və rola malik “Bakı” və “Baku” qəzetlərinə məxsus ənənələri ləyaqətlə davam etdirən rəhbər olaraq dəyərləndirib. O bildirib ki, A.Hüseynovun peşəyə məsuliyyətli yanaşma tərzi bu nəşrlərin qurucusu və uzun müddət baş redaktoru olmuş, görkəmli jurnalist, publisist və böyük ziyalı Nəsir İmanquliyevin dəst-xətti idi.
“Bakı” və “Baku” qəzetlərinin baş redaktor müavini Ənvər Məşədiyev çıxışında A.Hüseynovu əxz etdiyi, ona irsən keçən həyat fəlsəfəsindəki dürüstlüyü, məsuliyyəti, səmimiliyi, qayğıkeşliyi jurnalistikaya da gətirməyi bacarmış qələm adamı, peşəkar idarəçi kimi səciyyələndirib, xatirələrini bölüşüb.
Uzun müddət “Bakı” və “Baku” qəzetlərində çalışmış, əməkdar jurnalist Zemfira Məhərrəmli bildirib ki, yubilyar peşəsinə könüldən bağlanması ilə seçilib. O, bu bağlantıda rəhbər həssaslığının mühüm amil olduğunu xatırladıb. “Jurnalistikaya qəlbən bağlı adamlar olduqca jurnalistika da olacaq” deyən Z.Məhərrəmli A.Hüseynova təbriklərini çatdırıb.
“Xalq qəzeti”nin əməkdaşı, “Bakı” və “Baku” qəzetlərində jurnalistlik fəaliyyəti keçmiş İlqar Rüstəmov böyük Nəsir İmanquliyevin rəhbərlik etdiyi qəzetləri məktəb adlandırıb. O, bu məktəbin A.Hüseynov kimi məzununun olmasını Azərbaycanın ictimai mühitinin mühüm tapıntısı kimi dəyərləndirib. İ.Hüseynov çıxışında həmçinin Azərbaycan mətbuat tarixində dərin iz qoymuş “Bakı” və “Baku” qəzetlərinin yubileyinin keçirilməsinin vacibliyinə də diqqət yönəldib. O, belə bir tədbirin A.Hüseynov və onun kimi digər peşə fədailərinin əməklərinə də qiymət baxımından mühüm hadisə olacağını dilə gətirib.
Poliqrafçı alim Şəddat Cəfərov da çıxışında A.Hüseynovu işinin peşəkarı olan bütöv şəxsiyyət kimi dəyərləndirib. O, həmçinin yubilyarın həyat yolunun örnək mahiyyət daşıyan müxtəlif cəhətlərindən söz açıb. Veteran jurnalist Fazil Rəhmanzadə A.Hüseynovla birgə “Bakı”-“Baku” qəzetlərində çalışdığı dövrə ekskurs edib, həm peşə xüsusiyyətləri, həm də yubilyarı səciyyələndirən digər cəhətlər üzərində dayanıb. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu yubilyar qələm sahibini əsl ziyalı simasına malik, bunu əməli ilə təsdiqləyən jurnalist olaraq dəyərləndirib.
“Bakı” və “Baku” qəzetlərində çalışmış, filologiya üzrə fəlsəfə doktoru Şərəf Cəlilli çıxışında bu qəzetlərin ustad jurnalist Nəsir İmanquliyevin yadigarı olduğunu vurğulayıb. O eyni zamanda bildirib ki, N.İmanquliyev “Bakı”-“Baku” ilə Azərbaycanda ictimai fikrin milli ruh zəminində dirçəldilməsinə, ana dilinin yaşadılmasına böyük töhfələr vermişdi. Bu töhfənin tarixdə daim qalacağına əminliyini vurğulayan Ş.Cəlilli deyib ki, tədbirə toplaşan və ömür yolu sözügedən nəşrlərdə fəaliyyət göstərməklə keçmiş hər bir şəxsin simasında N.İmanquliyev yaradıcılığının peşəyə məsuliyyət, ləyaqət nişanəsi var. Bu nişanəni daşıyanlardan biri də A.Hüseynovdur. Onun əməyi son dərəcə müstəsna əhəmiyyət daşıyır.
Toplantıda çıxış edənlərdən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, veteran jurnalistlər – Mehman Fərzullayev, respublikanın əməkdar jurnalisti Rəhim Hüseynzadə, naşir və publisist Zülfüqar Şahsevənli və başqaları Ağahüseyn Hüseynovu jurnalist peşəsinin təəssübünü çəkən, gördüyü işlə peşəyə dəyər qazandıran həmkar və ziyalı kimi xarakterizə edib, təbriklərini çatdırıb, xoş istək və arzularını dilə gətiriblər.
Sonda çıxış edən A.Hüseynov həyat və fəaliyyətinə verilən yüksək qiymət və dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.
[bt_slider uid=”1625249210-60df55ba7ac31″ target=”_blank” width=”0″ crop=”no” thumbnail_width=”800″ thumbnail_height=”600″ show_title=”no” centered=”yes” arrows=”yes” pagination=”bullet” autoplay=”5000″ speed=”600″][bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_7.jpg” title=”shura_yubiley_020721_7.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_21.jpg” title=”shura_yubiley_020721_21.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_27.jpg” title=”shura_yubiley_020721_27.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_13.jpg” title=”shura_yubiley_020721_13.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_5.jpg” title=”shura_yubiley_020721_5.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_22.jpg” title=”shura_yubiley_020721_22.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_1.jpg” title=”shura_yubiley_020721_1.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_3.jpg” title=”shura_yubiley_020721_3.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_2.jpg” title=”shura_yubiley_020721_2.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_13.jpg” title=”shura_yubiley_020721_13.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_27.jpg” title=”shura_yubiley_020721_27.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_22.jpg” title=”shura_yubiley_020721_22.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_25.jpg” title=”shura_yubiley_020721_25.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_24.jpg” title=”shura_yubiley_020721_24.jpg” link=”” parent_tag=”slider”] [bt_image src=”images/bt-shortcode/upload/shura_yubiley_020721_11.jpg” title=”shura_yubiley_020721_11.jpg” link=”” parent_tag=”slider”][/bt_slider]araz.az xəbər portalı.
araz.az xəbər portalı.