Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenlə telefon söhbəti zamanı baş tutan diqqətçəkən dialoqu açıqlayıb.
araz.az xəbər verir ki, o bildirib:
“Ötən gün Avropa Komissiyasının rəhbəri ilə danışıram. Deyir ki, eşitdim ki, Şimali Kirpə gedəcəksən. Ordan sərt mesajlar verməsən yaxşı olar. Dedim ki, necə mesajlar verəcəyinizi deyin o mətni orda oxuyum. Bunlar kimin kim olduğunu hələ öyrənməyiblər. Sən Ərdoğanın nə vaxtdan təlimatla danışdığını öyrəndin. Biz haqqımızı sökə-sökə alacağıq”.
Qeyd edək ki, Ərdoğan iyulun 20-də geniş tərkibli heyətlə Şimali Kiprə gedəcək.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.