unnad

Belə ki, onun rəhbəri olduğu “Biləcəri Təmir Quraşdırma” QTSC ilə “Cənnət-Park” MTK adlı bir şirkət arasında artıq 5 ilə yaxın bir müddət arzində məhkəmə mübahisələri davam edir. “Cənnət-Park” MTK hüquqi əsası olmayan sənədləri məhkəməyə təqdim etməklə, “Biləcəri Təmir Quraşdırma” QTSC-nin 2 milyonluq əmlakını ələ keçirməyə çalışır.

Çox təəssüflər olsun ki, təqdim olunan sənədlərin saxta olması təsdiq olunsa da, işə baxan məhkəmələr qanunsuz olaraq 2 milyonluq əmlakın “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınması barədə qərarlar qəbul edirlər. Nazim Tahirov məhkəmə qərarlarını ona görə qanunsuz hesab edir ki, işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi özünün 30.06.2017-ci il tarixli qərarı ilə mübahisə predmeti olan dəmir borularun “Biləcəri Təmir Quraşdırma” QTSC-nin mülkiyyətində olmasını təsdiq etdiyi halda, yenidən işə baxaraq qəbul etdiyi 30.01.2019-cu il tarixli qərarında əvvəlki mövqeyinin ziddinə getmiş və dəmir boruların “Cənnər-Park” MTK-ya verilməsi barədə qərar qəbul etmişdir. Bununla da Ali Məhkəmə özünün nüfuzuna kölgə salaraq, dünya praktikasında görünməmiş bir qərar qəbul etməklə, eyni tərəflər arasında, eyni mübahisə predmeti ilə bağlı fərqli qərarlar qəbul etmişdir.

Özünün pozulmuş hüquqlarını müdafiə etmək üçün Nazim Tahirov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmiş, Konstitusiya Məhkəməsinin 14.02.2020-ci il tarixli qərarı ilə Ali Məhkəmənin 30.012019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və işə həmin Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq  yenidən baxılması qərarı verilmişdir. Bundan sonra, Ali Məhkəmənin Plenumunda işə baxılmış və bütün məhkəmə qərarları ləğv edilməklə işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 

Təəssüflər olsun ki, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov qəbul etmiş olduğu 25.02.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozmuş, iş üzrə Konstitusiya Məhkəməsinin qərarında müəyyən edilmiş hüquqi mövqenin ziddinə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsi boruların “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmasının Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət hüququnun kobud pozuntusu ilə nəticələnəcəyini müəyyən etdiyi halda, Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov öz qərarı ilə hesab etmişdir ki, Konstitusiya Məhkəməsi səhv edib və borular “Biləcəri Təmir Quraşdırma” QTSC-dən alınmalıdır.

Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

Aşağı instansiya məhkəmələri məcburi qüvvəyə malik olan Konstitusiya Məhkməsinin qərarını saya almadığından Nazim Tahirov Ədliyyə Naziriliyinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına və bir çox dövlət qurumlarına şikayətlər etsə də, onun haqq səsinə səs verən yoxdur və şikayətlərinə heç bir cavab verilmir. Onun şikayətinə əsasən işə Ali Məhkəmədə hakim Bəhram Məmmədlinin sədrliyi ilə baxılması 23.07.2021-ci il tarixə təyin edilmişdir. Lakin aşağı məhkəmələrin qəbul etdiyi qərarlarla Konstitusiya Məhkəməsinin qərarına hörmətsiz yanaşması onda böyük təəssüf hissi doğurmaqdadır.

Bu səbəbdən o, həmişə sahibkarların, iş adamlarının haqlı mənafeyini müdafiə edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalmışdır.

A.MƏMMƏDOV  

araz.az xəbər portalı.