Azərbaycanda toylara futbol üzrə Argentina milli yığmasının və “Barselona”nın kapitanı, ulduz futbolçu Leonel Messinin də adından nəmər salınır. Bu ənənəni “Barselona” futbol klubunun azarkeşi, Messinin fanatı, jurnalist Ramin Deko yaradıb.
Jurnalist Fanat.Az-a açıqlamasında bildirib ki, artıq bir neçə ildir getdiyi bütün toylara Messinin adından nəmər salır. Onun sözlərinə görə, ulduz futbolçunun adından salınan nəmərin məbləği simvolik olaraq 1 AZN təşkil edir:
“Onlarla toya Messinin adından 1 manat yazdırmışam. Adətən nəməri “Mes Que Un BeyGelin” şüarı ilə yazdırıram. “Mes Que Un Club” “Barselona” futbol klubunun devizidir. Mənası “Bir klubdan daha artıq” deməkdir. Mən “club” sözünü “bəy” və “gəlin” sözləri ilə əvəzləmişəm. Bütün bunlar “Barselona”ya və Messiyə aşırı rəğbətimdən irəli gəlir, həm də bir növ mənim üçün əyləncədir”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.