1626207059 5ba06920 bd0a 4003 9db2 5235e43b3127Ölkəmizdə narkotik istifadəçilərinin sayının günü-gündən artması vəziyyətin tezliklə nəzarətdən çıxa biləcəyi anonsunu verir.Bu zəhrimara qalmış az qala cəmiyyətin bütün təbəqələrinin açıq başağrısına çevrilib.Artıq ali məktəblərə,orta məktəblərə nüfuz etmiş narkotik istifadəçilərini biz az qala hər gün küçədə, park və biyabanlarda görə bilirik.Vəziyyətin acınacaqlı ola biləcəyini qət edərək DİN naziri Vilayət Eyvazov cənabları polisi bu sahəyə qarşı amansız mübarizəyə səfərbər etmiş, hətta ictimaiyyət nümayəndələrinə, jurnalistlərə belə çağırış edərək hamını mübarizə aparmağa çağırmışdır.Azərbaycanda polisin belə bir missiyanı üzərinə götürərək mübarizə meydanına atılmağını alqışlayır və hamını bu işdə onlara kömək etməyə çağırırıq.Hesab edirik ki, övladlarının gələcəyini düşünən hər bir insan bu prosesi dəstəkləməli və öz töhfəsini verməlidir.

Gəlin bir qədər narkotik istifadəçilərinin və narkotacirlərin vəziyyətinə nəzər salaq.Qeyd etdiyimiz şəxslər açıq şəkildə ölkə boyunca narkotik vasitələrin istehsalı ilə məşğul olur və onu cəmiyyətdə yayaraq pul qazanırlar.Təkrar-təkrar həbsə düşən narkobaronlar həbsdən çıxdıqdan sonra yenə bu işinə davam edir.Bilirsiniz niyə?Onda yaxın oturub qulaq asın.
Azərbaycan həbsxanalarında narkotacirlərin qulluğunda elə həbsxana rəhbərliyi dayanır və penitensiar xidmət rəhbərliyi səviyyəsində himayə olunurlar.Onlara pul ilə lüks otaqlar, içərisində bütün avadanlıqlar daxil olmaqla verilir.Orada narkabaronlar özlərini real olaraq sanatoriyada olduğu kimi hiss edirlər.Bundan əlavə narkotik vasitələrin istehsalı,satışı ilə məşğul olan bir adam pul verib aldığı cəza müddətindən 2 ya 3 il tez azadlığa çıxa bilir.Üstəgəl həmin şəxslər bəzi CÇM-də narkobazar yolu ilə həm öz alverlərinə davam edir,həm də müəssisə rəhbərliyinin varlanmasına xidmət edirlər.Belə müəssisələrdən biri də Şəki CÇM müəssisəsidir.Burada rəis Fərhad Hüseynov açıq bazara girişib.Şəki rayon məhkəməsinin hakimi ilə əlbir olaraq narkamanlardan,narkotacirlərdən külli miqdarda rüşvət alaraq onları azadlığa buraxırlar.Baxmayaraq ki, həmin məhkumların azadlığa çıxmasına iki-üç il var,ancaq rəis Fərhad Hüseynov bu işin öhdəsindən layiqincə gələ bilir.Əgər son iki-üç ildə Şəki CÇM-dən azadlığa buraxılanların arxivinə nəzər salınarsa onda rəis Fərhad Hüseynovun nə işlərlə məşğul olduğunu hamı bilər.Sonra da deyirik ki, Azərbaycanda narkotiklərlə mübarizə zəif gedir,nə bilim narkotacirlərin sayı artır.Nə qədər ki, ölkəmizdə CÇM-də Fərhad Hüseynov kimi rəislər var,vəziyyət elə-belə də davam edəcək.Nəzərinizə çatdırırıq ki,Şəki CÇM- də,13 saylı Cəzaçəkmə müəssisəsində,17 saylı Cəzaçəkmə müəssisəsində, Kürdəxanıda,12 saylı Cəzaçəkmə müəssisəsində vəziyyət olduqca gərgindir.Bu müəssisələr narkamanları tezliklə azadlığa buraxıb pul qazanırlar.

Redaksiyadan: Məlumatların hər biri adıçəkilən müəssisələrdən sızıb və araşdırmalarımız davam edir.Adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.Mövzunu diqqətdə saxlayacağıq.

Elçin İsmayıllı.

araz.az xəbər portalı.