İyulun 14-ü general-mayor Polad Həşimov və dörd hərbi qulluqçumuzun şəhid olduğu gündür.
P.Həşimov 1975-ci ilin yanvar ayının 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.
Polad Həşimov orta təhsilini ailəsi ilə birlikdə köçdüyü Sumqayıtda alıb.
O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib və ordu sıralarında xidmətə başlayıb.
Polad Həşimov “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” medalları ilə təltif ediliib.
2014-cü il iyunun 25-də III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Polad Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
Polad Həşimov 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib.
Polad Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
General-mayor 2020-ci il iyulun 14-də Ermənistanın Tovuz istiqamətində şiddətli döyüşlər zamanı ön xətdə qəhrəmancasına şəhid olub.
Onunla birlikdə polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev də şəhid olublar.
General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub.
Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə Polad Həşimova Milli Qəhrəman adı verilib.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.