Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb: “Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb”.
Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.