6 fevral 2018-ci il tarixdən Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımış Namiq Zeynalov, bu ilin 7 dekabrında hüquq-mühafizə orqanı əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq həbs olundu. Buna əsas səbəb, icra başçısının rüşvət alarkən cinayət başında yaxalanması olur.
Onu da qeyd edək ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində təkcə icra başçısı deyil, həmçinin rayonda vəzifə sahibi olan bir sıra şəxslərin də həbs olunmaları həyata keçirilir. Qısa müddətli araşdırmalar zamanı o da bəlli olur ki, Namiq Zeynalovun Cəlilabadda “arxa-dayaq” durduğu vəzifə sahiblərindən biri də, məhz 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin rəisi Xudayar Rəhimov olur. Adı çəkilən bu şəxslə bağlı aparılan araşdırmalar zamanı məlum olur ki, uzun illər ərzində daşıdığı vəzifəsindən sui-istifadə edən və bunun nəticəsi olaraq külli miqdarda var-dövlətə sahiblənən Xudayar Rəhimov, rayonun ən imkanlı şəxslərindən biri hesab olunurmuş. Xatırladaq ki, son vaxtlara kimi 46 saylı Cəlilabad Yol Istismar İdarəsi rəisinin qanunsuz əməlləri haqda bir çox media qurumlarında silsilə tənqidi məqalələr yayımlanıb, hətta bu şəxsin “qara əməlləri” barədə, hər kəsin lazımi məlumatları əldə etmələrinə imkanlar da yaradılır.
Kaim.az xəbər verir ki,diqqəti cəlb edən hal odur ki, bir neçə gün bundan öncə Masallı rayonu, Göyəçöl kənd sakini Ramil Şükürov adlı şəxs, bəzi media qurumlarının redaksiyalarına şikayət ərizəsi göndərir və Xudayar Rəhimovun qanunsuz əməlləri haqda hər kəsin məlumatlı olmasına səbəb də olur. Məsələn, bu şəxs göndərdiyi ərizəsində qeyd edir ki, 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin rəisi doğma qardaşı Niyaz Abıyevin adına rəsmləşdirib qeydiyyatdan keçirdiyi “Elnur-2”, “Birlik-3A” adlı firmaların hesablarına külli miqdarda pul köçürmələri həyata keçirtdirir və guya ki, yolların çəkilişinə, məktəblərin, uşaq bağçalarının, tibb məntəqələrinin təmir-bərpa işlərinə xərclənib adı altında, məhz həmin vəsaitləri mənimsəyir.
Başqa bir faktı da qeyd edək ki, 2018-ci ildə Masallı rayonunun Göyəçöl kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına orta məktəb inşa olunur. Həmin vaxt Xudayar Rəhimov növbəti “oyun oynayır” və o, kənd sakinlərindən təqribən 100 min manat məbləğində pul alaraq məktəbə yol çəkdirir. Baxmayaraq ki, qeyd olunan yolun çəkilişinin həyata keçirilməsi məqsədilə də, Heydər Əliyev Fondu tərəfindən vəsait ayrılır. Fond tərəfindən bu məqsəd üçün də vəsaitin ayrılmasına baxmayaraq, o, kənd sakinlərini aldatmağı bacarır və onların külli miqdarda pullarını ələ keçirərək mənimsəyir. Bildirək ki, bu yolun çəkilişindən Azərbaycan Avtomobil Yolların Dövlət Agentliyinin heç bir halda xəbəri olmur. Reallıq ondan ibarətdir ki, 46 saylı Cəlilabad Yol Istismar İdarəsinin rəisi rəhbərlik etdiyi qurumun balansında olan texnikalardan həmin yolun çəkilişi zamanı qeyri-qanuni istifadə edir və o, bu yolla xeyli qazanc da əldə edir. Elə ki, Göyəçöl kənd sakinləri Xudayar Rəhimovun bu yöndə baş tutan fırıldaq əməllərindən xəbərdar olurlar, o halda onlar idarə rəisinə verdikləri pulların geri qaytarmasını tələb edirlər. Belə bir niyyətləri baş tutmadıqda, sakinlər son anda məcbur olub Xudayar Rəhimovun qanunsuz əməlləri barədə yuxarı instansiyalara şikayət edirlər ki, onun cəzalandırılmasını həyata keçirə bilsinlər. Düşündürücü hal odur ki, ötən illər ərzində qeyri-qanuni yollarla ələ keçrdiyi pullar hesabına Xudayar Rəhimovun həm özü, həm də onun yaxınları təmtəraqlı həyat tərzi keçirirlər və bu şəxsin özü “oliqarx məmur” adını da qazanır.
Bütün bunlardan əlavə, 46 saylı Cəlilabad Yol Istismar idarəsi rəisinin 10-AD-044 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobili, 10-TB-444 dövlət nömrə nişanlı “Mercedes CL” markalı avtomobili, 10-BT-444 dövlət nömrə nişanlı “Porche Caen” markalı avtomobili, 90-AA-160 dövlət nömrə nişanlı “Lexus” markalı avtomobili və digər nəqliyyat vasitələrindən ibarət avtomobil kolleksiyası da olur. Bundan başqa, Xudayar Rəhimovun “Masallı İstisu” istirahət mərkəzi ərazisində malikanəsi, asfalt zavodu, Bakı şəhərində bağ evləri, bir neçə mənzili var. Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov özünü elə aparır ki, guya bunlardan heç bir xəbəri yoxdur. Amma, əslinə baxsan ən böyük oliqarx məmur, elə Saleh Məmmədovun özüdür. Unutmaq olmaz ki, bir çox Yol İstismar İdarələrinin, o cümlədən 46 saylı Cəlilabad Yol Istismar idarəsi rəisinin də oliqarx məmura çevrilmələrinə səbəb, məhz onlara yaradılan şəraitin varlığıdır.
Onuda qeyd edək ki, Xudayar Rəhimov özü kimi oğluda dəbdəbəli şəraitdə yaşamaqdadır. Koorrupsaner X. Rəhimovun oğlu BDYPİ yüksək vəzifə tutur. Oğul Rəhimovla bağlı da sosial mediada müvafiq yazılar tirajlanmışdır. Vaxtı ilə oğul Rəhimov polisə yaraşmayan fəaliyyətlər həyata keçirməsi barədə mediada bir çox iddialar irəli sürülmüş idi.
ardı var
Yazıda sadalanan faktlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik.
GundemXeber.Az
araz.az xəbər portalı.