f7c5ee45 fd05 3132 b0f1 6afe1e56e55d 850jpg 1626789681

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov öz istəyi əsasında vəzifəsindən istefa verib.

araz.az Report-a istinadən bildirir ki, bu barədə o, özü feysbuk səhifəsində məlumat yayıb.

2017-ci ildə müşavir təyin olunan A.Məmmədov bildirib ki, istefasının əsas səbəbi Gürcüstanın hazırkı hakimiyyətinin son zamanlar yürütdüyü siyasəti dəstəkləməməsidir.

Qeyd edək ki, A.Məmmədov Gürcüstanda son həftə ərzində istefa verən ikinci dövlət məmurudur. Belə ki, iyulun 15-də Qardabani bələdiyyə məclisinin sədr müavini, Qaratəhlə kəndinin deputatı Rəfi Orucov öz arzusu ilə vəzifələrindən gedib

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.