ee4d5cf8fc05404c18316590def3680c

 
Türk dünyasının böyük sərkərdəsi – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına hərbi – siyasi dəstəyini əsirgəməyən, Qafqaz İslam Ordusunu formalaşdıran Ənvər Paşanın nəticəsi Ənvər Burak Azərbaycana gəlib.
 
Bu barədə “Sherg.az” məlumat yayıb.
Azərbaycan Türk Ocağının sədri Akif Aşırlı, Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə,  Ənvər Paşanın nəticəsi Ə. Burak , Turan Araşdırma Dərnəyinin başqanı Həsən Bəsri Pehlivan və Azərbaycan Türk Ocağının üzvləri Yusif Nəzərli, Sərxan Carçı,  Şəhidlər Xiyabanını,  Qafqaz İslam Ordusu anıtını, Fəxi Xiyabanı və II Vətən müharibəsində şəhid olanların məzarını ziyarət edib.
Azərbaycan Türk Ocağının üzvləri və Türkiyədən gələn qonaqlar eyni zamanda Ümummilli lider Heydər Əliyevin və Milli Azadlıq  Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı üzərinə qərənfillər qoyublar.
Ə.Burak   açıqlamasında  deyib ki, hazırda evindən 1500 kilometr uzaqda olsa da, özünü  evindəki kimi hiss edir:
“Fikirləşin ki, biri qardaşınızı sıxışdırır. Ona yardım etməyəcəm? Əlbəttə edəcəm. Qardaşıma kimsə əl qaldıra bilməz.
Burada olmaqdan qürur duyuram. Bütün şəhidlərimiz Vətənindədir, heç bir fərqi yoxdur”.
A.Aşırlı da çıxış edərək bildirib ki,  o vaxt iki yerdə Qurban kəsilmişdi:
“Bakıda kəsilən qurban şəhərin işğaldan azad olunmasına görə idi. İstanbulda isə  Ənvər Paşanın şərəfinə  Azərbaycanın xilası və onun türk tarixində gördüyü işlərlə bağlı qurban kəsilmişdi. İndi Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ənvər Paşanın ruhu şad olsun”.
Əlibəy Hüseynzadənin nəvəsi Cəmilə xanım isə Azərbaycana sülh arzulayıb:
“Bütün torpaqlarımız azad edilib. Bu barədə danışanda kövrəlirəm… İndi Əli bəy Hüseynzadənin də ruhu şaddır. Təəssüf ki, onun övladları dünyasını
 dəyişib. Onların da ruhu şaddır”.
Turan Araşdırma Dərnəyinin başqanı Həsən Bəsri Pehlivan Qarabağ zəfərinə görə  çox xoşbəxt olduğunu diqqətə çatdırıb:
“1918-ci ildə bir çox təməllər atılmışdı. Çox şükür ki, indi o təməllər üzərində Azərbaycan müstəqildir. 44 günlük müharibədə şəhid olanlar, həmçinin qazilər azadlıq uğrunda mübarizə apardıqlarının fərqində idilər.  Bu gün bütün şəhidlərimizi anmaq üçün toplanmışıq. Burak bəyin də dediyi kimi bura bizim evimizdir”.
 Qeyd edək ki, Ənvər Paşanın adını daşıyan Ənvər Burak, Qurban bayramı ərəfəsində ilk dəfə Azərbaycana gəlir. Azərbaycan Türk Ocağının dəvətlisi olaraq ölkəmizə səfər edən Ənvər Burak və Həsən Bəsri Pehlivan Qarabağ Zəfərinə etdiyi niyyətlərlə qurbanlar kəsəcəklər. Həmçinin qonaqlar Qarabağ qaziləri, şəhid ailələri ilə də görüşüb bir araya gələcəklər.
Sonda xatirə fotosu çəkilib.

 

 

4aa73e3ae969f5ffe6720bf350813cf2

381f7bfba18bc095cb7b35ecbcffaf83

5891b69466564cfebd796335630a96cc

3be376f8e656dfb3cb6a7d72c1d93a0a

672356d2cc7e571d89ec54b8cc1cb440

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.