z 1

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon İdarəsinin rəisi Vüsal Babayev barəsində dünən həbs qərarı çıxarılarkən maraqlı, amma ölkəmiz üçün adi hadisə baş verib”.

Bu haqda jurnalist Natiq Ədilov məlumaat yayıb. O, bildirib ki, V. Babayev Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun bacısı oğludur. 

“Proses zamanı Vüsal Babayev deyib ki, bu gündən aclıq aksiyasına başlayır, bu haqsızlıqdır, qanunsuzluqdur və s.

Bu zaman hakim Rafiq Abbasov qımışaraq ona deyib: deyəsən, məni tanımadınız?

Vüsal deyir, yox, tanımadım.

Hakim bir əlinin beş barmağını yuxarı qaldıraraq onun yaddaşını oyandıracaq sehirli sözləri deyir: yadındadır, professorla yanına gəlmişdik, bundan istəyirdin. (Hansısa professorun uşağını çağırışdan saxlamaq üçün 5 min rüşvətə işarədir)

Müttəhim taleyin bu amansız gərdişi önündə dərin bir sükuta dalmış.

Fikir verin, məhkəmə hakimi çağırışçını ordudan yayındırmaq üçün sövdələşməyə gedir, bu azmış kimi ondan 5 min rüşvət tələb edirlər, o isə bunun qarşılığında heç nə edə bilmir. 

Edə də bilməz axı. Özü zibilin içində. Rüşvəti də istəyən kim? Prezidentin canını qoruyan generalın adamı. Və bizim taleyimizə bu cür adamlar hökm verir”.

 

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.