1627137359 azrbaycan rusiya muqavil medium

Azərbaycan siyasətçiləri əvvəlcədən proqnozlaşdırmışdı ki, erməni tərəfi mütləq təxribatlar törədəcək. Yəni həm Qarabağda, həm də dövlət sərhədində belə təxribatlar proqnozlaşdırılırdı. Azərbaycana qarşı təxribatlar xüsusilə Paşinyan Moskvadan qayıtdıqdan sonra başlayıb”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev son günlər atəşkəsin pozulmasının səbəblərindən danışarkən deyib.

Politoloq xatırladıb ki, Paşinyandan iki həftə sonra Azərbaycan prezidenti Moskvada olub:

“Azərbaycan lideri Moskva görüşündən razı gəlib. Ancaq bu səfərdən iki gün sonra Azərbaycan əsgərinin şəhid olması məncə, ermənilərin gücü deyil. Onlar belə bir qələti özbaşına etməzlər. Moskvanın səmimiliyinə inanmıram. Amma onu da düşünürəm ki, Rusiya Azərbaycanla bağlı maraqlarını Ermənistana qurban verməz. Fikrimcə, bu, indiki şəraitdə Rusiya üçün təhlükəli gediş olardı”.


C. Nuriyev

C. Nuriyev hesab edir ki, bütün hallarda təxribatı törədən tərəf məlumdur: “Nikol Paşinyan bu addımı daxili gediş kimi də, eyni zamanda Qarağdan tam xilas olmaq məqsədilə də edə bilər. Çünki Ermənistanın sərhədini qorumaq üçün ordusu yoxdur. Rusiya da maraqlı deyil ki, Ermənistanın bütün sərhədini rus əsgəri qorusun. Elə bir ölkə yoxdur ki, onun sərhədlərini başqa bir dövlətin əsgəri qorusun. Vatikanın polisini İsveçrədən gətirsələr də, onlar Vatikanda sərhəd qorumaq missiyasını yerinə yetirmirlər. İndiki halda bu, Rusiyaya sərf etmir, Ermənistanda belə bir addımı atmamalıdır”.

Politoloq bildirib ki, baş verənlərdə Ermənistan daxilində gedən proseslər, erməni müxalifətinin davranışları, eyni zamanda İrəvana Fransa və ABŞ-ın ciddi təsirləri var: “Bütün bunlar göstərir ki, Ermənistan bir növ sülh müqaviləsini bağlamaq üçün bu addımları atır. Bilirlər ki, Azərbaycan tərəfi çox güclüdür və sərt cavab verəcək. Bu təxribatlar ola bilsin ki, Paşinyanın dolaysı ilə “Məndən Qarabağı istəyirsiniz, mən heç sərhədləri qoruya bilmirəm. İmkan verin, heç olmasa, dövlətin təhlükəsizliyini təmin edim”,- deməsinə bənzəyir. Bütün hallarda Ermənistanın bu təxribatı həm siyasi, həm də hərbi cəhətdən ağılsız davranışdır. Ancaq erməni xislətinə uyğundur. Paşinyan erməniləri yaxşı tanıdığından ola bilsin, bununla onları haqq yoluna dəvət edir. İnanmıram ki, Rusiya böyük maraqlarını ermənilərin kiçik istəyinə qurban versin”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.