bna12

Son vaxtlar cəmiyyət arasında Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən narazılığın artması, adı çəkilən qurumun işinin öhdəsindən gələ bilməməsi hökumət dairələrində BNA ilə bağlı müəyyən addımların atılması zərurətini yaradıb.

araz.az olaylar.az-a istinadən xəbər verir ki , aparılan müzakirələrdə Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirilməsi məqbul hesab olunub. Məlumata görə, yaxın vaxtlarda BNA-nın Bakı Şəhər İcra Hakimiyyətinə birləşdirilməsi istiqamətində konkret addım atılacaq.

O da bildirilir ki, bu məsələnin reallaşması istiqamətində beynəlxalq təcrübə də öyrənilib. Eyni zamanda qardaş Türkiyə və qonşu Gürcüstanın təcrübəsinə nəzər yetirilib.

Qeyd edək ki, qardaş Türkiyədə fəaliyyət göstərən ictimai nəqliyyatın böyük əksəriyyəti şəhər bələdiyyələrinə aiddir. Azərbaycanda bələdiyyə sistemi qardaş ölkədəki kimi inkişaf etmədiyi üçün bu funksiya Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.