adil88

Milli Məclisin sədr müavini Adil Əliyev Türkiyədə müalicə alan qaziləri xəstəxanada ziyarət edib.

araz.azın xəbərinə görə, A.Əliyev bildirib ki, qəhrəmanların hər biri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində misilsiz şücaət göstərərək, qəhrəmanlıq dastanı yazıblar.

“Hazırda YAŞAT Fondu tərəfindən qardaş ölkədə müalicələri yüksək səviyyədə davam edir, hər birinin sağlamlığına qovuşaraq, tezliklə ölkəmizə dönəcəklərindən əminəm. Eşq olsun xalqımıza, onun qəhrəman övladlarına!” – A.Əliyev qeyd edib.

araz.az xəbər portalı.