7C9A8505 752E 4F38 9B39 F7F6EA04119B 308x330

Son vaxtlar “Bizon” enererji içkisinin keyfiyyəti ilə bağlı ciddi narazılıqlar baş qaldırıb. Bir neçə gün əvvəl şair Elşad Barat sosial şəbəkədı “Bizon”la bağlı paylaşdığı tənqidi post geniş müzakirələrə səbəb oldu. “Bizon” dərhal hərəkətə keçərək, şairi öz ofisinə dəvət etdi. Maraqlıdır ki, Elşad Barat bir gün içində mövqeyini 180 dərəcə dəyişərək, “Bizon” barədə müsbət fikirlər ifadə etməyə başladı.

Ancaq bu heç də o anlama gəlmir ki, “Bizon” həqiqətən tənqidə layiq deyil. Azinforum.az-ın əməkdaşları Bakı-Sumqayıt magistral trasında yerləşən “Evrohome” ticarət bazarında bu adda içkidən kütləvi istifadə olunduğunu müəyyən edib. Ən maraqlısı budur ki, həmin bazardakı sahibkarlar hazırda “Bizon”un keyfiyyətinin çox aşağı olduğundan narazılıq edirlər.

Onlar bildirir ki, “Bizon” un keyfiyyətinin aşağı olmasına baxmayaraq, həmin içkiyə əlavə olunan idriqentlər onlarda dəhşətli asılılıq yaradıb. Enerji içkisinin qiymətinin nisbətən az olması və yaratdığı asılılıq onlara başqa içkidən istifadəyə imkan vermir. Azinforum.az sahibkar Alıyev Söhrabın bu yöndə olan fikirlərini təqdim edir:

[bt_youtube url=”‘https://www.youtube.com/embed/Qs3rYEVil5w'” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

araz.az xəbər portalı.

araz.az xəbər portalı.