1629364645 image 750x 5ec6841015528

“Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları əslində bir yenilikdir. Çünki Ermənistanla Rusiya arasında bağlanan müqaviləyə görə, Ermənistan sərhəddini rus sərhədçiləri qoruyur. İndi Paşinyan sərhədlərin qorunmasını erməni əsgərlərinə vermək istəyirsə, bu irəliləyişdir”.

araz.az bildirir ki , bunu Reyting.az-a politoloq Cümşüd Nuriyev Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumətin iclasında “Ermənstanın Azərbaycanla sərhəddinin bəzi hissələrinin mühafizəsini Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarətə götürəcək”,- açıqlamasını şərh edərkən deyib.

Politoloq əlavə edib ki, Ermənistan Sərhəd Qoşunlarının həm personal, həm də texniki-təchizat resurusu baxımından sərhədləri qorumaq imkanı yoxdur. Onun fikrincə, bu müddətdə ruslar erməni sərhədçilərini hazırlaya bilər:

“Azərbaycanın da ən böyük sərhədi Ermənistanladır. Azərbaycan öz sərhəddini qoruyur və qoruycaq da. Ermənistan sərhəddə öz sərhədçilərini yerləşdirmək haqqında düşünürsə, bu müsbət haldır. Həm də Rusiyanın təzyiqidir”.

C. Nuriyev xatırladıb ki, bir müddət əvvəl Paşinyan sərhəddə Fransa-ABŞ hərbçilərini də dəvət edirdi: “Məqsəd NATO ölkəsi olan dövlətlərdən birinin Ermənistana daxil olması ilə nəticələnməli idi. Amma Rusiya buna imkan vermədi. İndi sərhədləri erməni hərbçiləri tərəfindən qorumaq yanaşması Rusiyanın təzyiqi ilə baş verir. Ermənistan sərbəst dövlət deyil və Rusiyanın vassalıdır”.

C. Nuriyevin ehtimal edir ki, Paşinyanın buna getməsi həm də böyük sülh sazişinə razılıq verməsi deməkdir: “O zaman sərhəddə dövlət öz sərhədçilərini yeridir ki, həmin sərhəd razılaşdırılıb. Amma Ermənistanla bizim sərhədlərimiz tam müəyyən edilməyib. Diqqət etdinizsə, üçtərəfli komissiyanın Moskvada keçirilən iclasından bir gün sonra Paşinyan bu məsələni gündəmə gətirdi. Azərbaycan prezidenti də bəyan edirdi ki, sülh müqaviləsi olacaq. Fikrimcə, Ermənistanın geri çəkilmək üçün yolu qalmır. Paşinyanın məsələni bu şəkildə həll etmək istəyi əslində müsbət hadisədir”.

Politoloqun fikrincə, erməni mediası və müxalifəti, Rusiyanın ermənipərəst mətbuatı və erməni diasporası N. Paşinyandan tələb edir ki, müharibənin başlanmasının birinci ilinə qədər qisas addımları atsın: “Azərbaycana qarşı böyük təxribat törədilə bilər. Təki olmasın. Bunlar əvvəlki vəziyyəti yaratmaq üçün Paşinyanı müharibəyə sövq edirlər. Hadisələrin gedişi göstərir ki, Azərbaycanı qəfil yaxalamaq istəyirlər. Amma Azərbaycan buna hazırdır. Prezidentin Kəlbəcərdə çıxışı, hərbi hissələrin açılışı, sərhədçilər günü ilə bağlı atdığı addımlar da bunu təsdiqləyir”.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.