“Krımın Rusiyaya birləşməsindən əvvəl yarımada sakinləri özlərini rus hesab etmirdilər, indi də Ukrayna hökumətini məmnuniyyətlə qəbul edəcəklər”
araz.az ovqat.com-a istinadən xəbər verir ki , Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrainskaya pravda” nəşrinə müsahibəsində belə deyib.
“Zehni dönüşlə bağlı vəziyyət belədir: mənə elə gəlir ki, krımlılar nə baş verdiyini başa düşdülər, Ukrayna olmadan yarımadanın nə vəziyyətdə olacağını gördülər. Ümumiyyətlə, insanlar gələcəkdə yaxşı bir gün görmək istəyirlər. Buna görə də əminəm ki, heç bir zehni dəyişikliyə ehtiyac olmayacaq. Ukrayna hakimiyyəti Krım sakinləri tərəfindən məmnuniyyətlə qəbul olunacaq”, – Zelenski bildirib.
O qeyd etdi ki, hətta ürəklərində “oktyabryat nişanı” olanlar da sevinəcəklər, çünki “Ukrayna ilə Krıma həyat qayıdacaq”. Onun sözlərinə görə, Rusiya uzun müddətdir krımlılarla işləyir, lakin yerli sakinlər hələ də özlərini rus hesab etmirlər.
Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba brifinqdə Kiyevin Krımı geri qaytarmaq üçün növbəti planını açıqlamışdı. Diplomat çıxışında hind siyasətçi Mahatma Qandiyə aid edilən aforizmi səsləndirmişdi: “Əvvəl sənə məhəl qoymurlar, sonra sənə gülürlər, sonra səninlə mübarizəyə başlayırlar və sonra sən qalib gəlirsən”. Onun sözlərinə görə, Rusiya ilk iki mərhələni keçib və artıq üçüncü mərhələdədir: “Dördüncü mərhələdə isə Moskva yarımadanın Ukraynanın bir hissəsi olduğunu qəbul edəcək”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.