Bakıda “Qarabağ” və Şotlandiyanın “Aberdin” komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu keçirilir.
araz.az axar.az-a istinadən xəbər verir ki , görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
30-cu dəqiqədə Ağdam təmsilçisinin heyətində Xayme Romero topu rəqib qapıdan keçirib.
Komandalar fasiləyə yollanıblar.
***
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Şotlandiyanın “Aberdin” klubu ilə üz-üzə gəlib.
Matçı sloveniyalı Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı bir həftə sonra Şotlandiyada olacaq.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.