efqan

Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra bu ölkədə yaşanan insanlıq dramı ilə bağlı müxtəlif görüntülər gündəmdədir.

 

araz.az “Qafqazinfo” -ya istinadən xəbər verir ki, görüntülərdən birində ölkəni tərk edə bilməyən valideynin çarəsizliyi əksini tapıb.

O, Kabil Hava Limanına daxil ola bilmir və özü gedə bilməsə də, övladının ölkəni tərk etməsini istəyir. Bu məqsədlə övladını hava limanını qoruyan ABŞ hərbçilərinə uzadır.

Görüntülər Əfqanıstandakı xaos və çarəsizliyi gözlər önünə sərir.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.