8fa07668 e89b 381a 9ff5 825f34cd96f0 850

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric edilib.

araz.az “Report”-a istinadən xəbər verir ki, o, partiyanın yerli rayon təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə YAP üzvlüyündən xaric edilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və müavini Ramiz Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. R.Tatarov da hakim partiya üzvlüyündən xaric edilib. O, YAP yerli rayon təşkilatının sədri olub.

 

araz.az xəbər portalı.

araz.az xəbər portalı.