“Avropa Birliyi məsuliyyəti Türkiyənin üzərinə yıxır. Suriyada ara qarışdı, qaçqınları Türkiyəyə yolladılar, sonra Əfqanıstanda gərginlik artdı, yenə qaçqınları Türkiyəyə yollayırlar. London 20 min qaçqına “qucaq açacağını” dilə gətirir, amma hələ ki, ortada real iş yoxdur”.
araz.az Reyting.az-a istinadən xəbər verir ki, bunu siyasi ekspert Elman Vəliyev deyib. O bildirib ki, Yunanıstan qapıları bağlayıb, Avropa Birliyi (AB) qaçqınların evi olmayacağını deyir: “Digər AB ölkələri də eyni ilə. Türkiyənin də iqtisadi vəziyyəti çətin olduğundan bunları himayə etdiyi üçün yardım ayırıblar. AB deyir ki, Türkiyəyə maliyyə dəstəyi göstərməliyik. Bu isə gələcəkdə Türkiyə üçün problem ola bilər. Bir müddət yardım ayırdıqdan sonra deyə bilərlər ki, artıq yardımları dayandırırıq…”.
E. Vəliyev əlavə edib ki, əhali ilə qaçqınlar arasında ixtilaf da arta bilər: “AB və Amerika oyuna davam edir və Türkiyəni bu oyunun qurbanına çevirmək istəyirlər”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.